İrlandiya millisinin baş məşqçisi istefa verdi - Səbəb
Tarix: 21-11-2018 17:50 | Bölmə: İdman
İrlandiya millisinin baş məşqçisi istefa verdi

İrlandiya millisinin baş məşqçisi Martin O'Nil və ikinci məşqçi Roy Kin komandanın UEFA Millətlər liqasında uğursuz çıxışına görə istefaya gediblər.

Reyting.az xəbər verir ki, İrlandiya millisi B diviziyasında C diviziyasına düşüb.

“İrlandiya Futbol federasiyası Martinə və Roya millidə son 5 ildəki işlərinə görə təşəkkür edir”, - federasiyanın prezidenti Donald Konvey vurğulayıb.

O'Nil İrlandiya millisinə 2013-cü ilin noyabr ayından başçılıq edirdi. İrlandiya Millətlər liqasının qrup mərhələsində 2 xal yığıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}