Droqba karyerasını başa vurdu - Açıqlama
Tarix: 22-11-2018 16:11 | Bölmə: İdman
Droqba karyerasını başa vurdu

Londonun “Çelsi” klubunun və Kot-d ’İvuar millisinin keçmiş hücumçusu Didye Droqba karyerasının baş vurduğunu rəsmən elan edib.

Reyting.az bildirir ki, 40 yaşlı futbolçu 2017-ci ildən sahibi olduğu Amerikanın “Finiks Rayzinq” klubunda oynayırdı.

“1989-cu il. Mənim hər şeyi başladığım yer.

Droqba karyerasını başa vurdu

Bu fotoya nəzər yetirəndə və öz karyeramdakı 20 il haqda düşünəndə inanılmaz qürur hissi keçirirəm. Söhbət yalnız uğurlarımdan deyil, həm də mənim necə insan olmağımdan gedir.

Əgər kimsə desə ki, sənin arzuların xəyaldır, sadəcə ona münnətdarlıq et və onları reallaşdırmaq üçün işləməyi davam et.

Droqba karyerasını başa vurdu

Bütün oyunçulara, məşqçilərə, komandalara və azarkeşlərə minnətdarlığımı bildirmək istəyirəm. Fərdi komandam olan, bütün çıxış və enişlərimdə mənim ailəmə “sağ olun” deyirəm. Səbirsizliklə növbəti mərhələni gösləyirəm və ümid edirəm ki, Allah da mənə futbol karyeramın gedişindəki kimi yardım edəcək”, - Drqoba özünün Twitter səhifəsində yazıb.

Xatırladaq ki, Didye Droqba Fransanın “Le-Man”, “Qenqam”, “Marsel”, Çinin “Şanxay Şenxua”, Türkiyənin “Qalatasaray” və “Monreal İmpakt” klublarında da oynayıb.

Droqba karyerasını başa vurdu

O, “Çelsi”nin heyətində 2012-ci ildə Çempionlar liqasının qalibi olub, eyni zamanda iki dəfə İngiltərədə çempionluq titulunu qazanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}