Rəşad Sadıqovun komandası da “Qarabağ”la gedir
Tarix: 28-08-2017 15:51 | Bölmə: İdman
Rəşad Sadıqovun komandası da “Qarabağ”la gedir

“Çelsi” ilə “Qarabağ” arasında keçiriləcək Çempionlar Liqasının oyunundan bir gün əvvəl bu klubların 19 yaşadək komandaları arasında UEFA Gənclər Liqasının da oyunu keçiriləcək.

Çempionlar Liqasında eyni qrupda mübarizə aparacaq klubların gənclər komandalarının öz qrupu formalaşdırılıb. Qaydalara görə, əsas komandalar arasındakı görüşdən bir gün əvvəl gənclərin də qarşılaşması keçiriləcək.

Qeyd edək ki, “Çelsi”nin gəncləri ilə oyuna “Qarabağ”ın U-19 komandasını baş məşqçi kimi meydana əsas komandanın kapitanı Rəşad Sadıqov çıxaracaq.

Əlavə edək ki, “Qarabağ”ın U-19 komandası da əsas komanda ilə birgə Londona çarter reysi ilə yola düşəcək.

Bu arada R.Sadıqovun baş məşqçisi olduğu komandanın UEFA Gənclər Liqasında ev oyunlarını keçirəcəyi stadion da müəyyənləşib. Komanda rəqibləri olan “Çelsi”, “Atletiko” və “Roma”nı “Qarabağ”ın Suraxanıdakı stadionu olan “Azərsun Arena”da qəbul edəcək. Əsas komanda isə Çempionlar Liqasında ev oyunlarını, öncədən də xəbər verildiyi kimi, Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}