Bu gün “Qarabağ”-“Kukesi” qarşılaşması olacaq
Tarix: 01-08-2018 09:04 | Bölmə: İdman
Bu gün “Qarabağ”-“Kukesi” qarşılaşması olacaq

UEFA-nın Çempionlar Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulacaq.

“Qarabağ” öz meydanında “Kukesi”ni qəbul edəcək. Ağdam klubu Albaniya çempionu ilə səfər matçında qolsuz bərabərliyə nail olub - 0:0.

Mərhələ adlamaq üçün bugünkü görüşdə Qurban Qurbanovun komandası mütləq qələbə qazanmalıdır. İstənilən qollu heç-heçə rəqibə sərf edir.

“Qarabağ” üçüncü mərhələyə yüksəlsə, HİK - BATE cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, bu komandalar arasında da ilk görüşdə hesab açılmayıb.

1 avqust

Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu

21:00. “Qarabağ” (Azərbaycan) - “Kukesi” (Albaniya)

Hakimlər: Peter Kralovic, Miroslav Benko, Erik Weiss, Patrik Hrcka (hamısı Slovakiya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 0:0.




Bölməyə aid digər xəbərlər
11-10-2018, 20:17 Arda Turan həbs olunacaq