12:32 / 15-10-2018
Prezident Lənkərana gedib
08:53 / 15-10-2018
Yenidoğulmuşun şikayəti
Yarımmüdafiəçi: "Qarabağ”la oyundan 1 xalla dönmək yaxşı nəticədir”
Tarix: 27-08-2018 12:22 | Bölmə: İdman
Yarımmüdafiəçi: "Qarabağ”la oyundan 1 xalla dönmək yaxşı nəticədir”

“Neftçi”nin legionerləri – Kvame Karikari, Dario Federiko və Soni Mustivar Topaz Premyer Liqanın 3-cü turunda səfərdə “Qarabağ”la heç-heçə oynadıqları matçdan (1:1) sonra klubun rəsmi saytına fikirlərini açıqlayıblar.

Reyting.az
-ın məlumatına görə, Karikari paytaxt təmsilçisinin heyətində qol hesabını açdığı üçün sevincini gizlətməyib. Deyib ki, "Neftçi”nin heyətində qol hesabını açdığı üçün çox şaddır: “Digər tərəfdən, məyusam ki, çoxlu qol şanslarından istifadə edə bilmədik. Xüsusilə mən bir neçə dəfə ikinci qolu vurmağa yaxın oldum. Çox güclü rəqiblə oyunda qələbə qazanmağa biz daha yaxın idik. Növbəti matçlarda oyunumuzu daha da yaxşılaşdırıb, xal ehtiyatımızı artırmalıyıq”.

Mustivar isə xal itirdiklərinə görə təəssüflənir: "Qələbə qazana bilərdik, amma ani diqqətsizlik bizə baha başa gəldi. Nəticədə iki xal itirdik. Bu o demək deyil ki, "Qarabağ” zəif komandadır. Əksinə, güclü rəqibdir. Xal itirdiyimizə görə çox təəssüflənirəm. Əsas səbəb qol epizodlarından düzgün istifadə edə bilməməyimizdir”.

Haitili yarımmüdafiəçi millidəki komanda yoldaşı, "Qarabağ”ın futbolçusu Donald Geryeyə qarşı oynamağın maraqlı olduğunu deyib: "Soydaşım Donald Geryeyə qarşı az da olsa oynamaq maraqlı idi. Bu gün biz bir-birimizə qarşı oynayırdıq, amma bir neçə gündən sonra çiyin-çiyinə mübarizə apara bilərik. Ümid edirəm ki, Haiti milli komandasının baş məşqçisi start heyətində hər ikimizə şans verəcək”.

“Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Federiko isə oyunla bağlı bunları söyləyib:

"Hər oyunda komandaya faydalı olmağa çalışıram. Keçən oyunda qol vurdum. Bu gün isə məhsuldar ötürmə ilə komandanın xal qazanmağında pay sahibi olduğum üçün şadam. Heyf ki, müdafiədəki diqqətsizlikdən sonra qapımızda qol gördük. Bundan əlavə, hücumda qol epizodlarını sağa-sola xərclədik. Ona görə də sonda 1 xalla kifayətlənməli olduq. Bununla belə, "Qarabağ” kimi rəqiblə səfər oyunundan 1 xalla dönmək yaxşı nəticədir. İnanıram ki, növbəti oyunlarda da daha da uğurlu nəticələr əldə edəcəyik”.




Bölməyə aid digər xəbərlər
11-10-2018, 20:17 Arda Turan həbs olunacaq