12:32 / 15-10-2018
Prezident Lənkərana gedib
08:53 / 15-10-2018
Yenidoğulmuşun şikayəti
Messi və Ronaldu bir klubda oynaya bilər
Tarix: 16-09-2018 21:42 | Bölmə: İdman
Messi və Ronaldu bir klubda oynaya bilər

Devid Bekhem özünün “İnter Mayami” klubuna “Barselona”nın hücumçusu Lionel Messini dəvət etmək niyyətindədir.

Reyting.az
xəbər verir ki, komanda MLS-də 2020-ci ildən çıxış etməyə başlayacaq və Bekhem debüt mövsümündə argentinalı ilə müqavilə imzalanmasını düşünür.

Devid Bekhem bir qədər əvvəl Mayamidəki klubunun adını elan edib.

Messinin “Barselona” ilə müqaviləsi 2020/21-ci il mövsümünün sonuna qədər nəzərdə tutulub. 2020-ci ilin yayında onun 33 yaşı tamam olacaq. Bekhemin klubuna yaxın olan şəxs bildirib ki, hazırda Messi ilə danışıqlar aparılmır.

Maraqlıdır ki, Bekhem bundan əvvəl “Yuventus”un hücumçusu Kriştianu Ronalduya da dəvət göndərib. 2020-ci ildə portuqaliyalının 35 yaşı olacaq. İngiltərəli funksioner düşünür ki, Kriştianuya Avropadakı çoxsaylı uğurlarından sonra Şimali Amerika bazarını fəth etmək maraqlı olacaq.

Xatırladaq ki, yanvar ayında Mayami klubu rəsmən MLS-in heyətinə daxil edilib. Komandanın ABŞ və Kanadanın əsas futbol liqasının tərkibində çıxışının nə zaman başlayacağı hələ ki dəqiq bilinmir. Bu 2020-ci ildə baş verə bilər.

Klubun yaradılmasında Bekhemdən başqa bəzi biznesmenlər də iştirak edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
11-10-2018, 20:17 Arda Turan həbs olunacaq