İranda yoxsulluq faizi 34-ə yüksəlib
Tarix: 14-10-2018 20:15 | Bölmə: İqtisadiyyat
İranda yoxsulluq faizi 34-ə yüksəlib

İran Məclisi İşçilər qrupunun rəhbəri Əli Rza Mahcub ölkədəki mütləq yoxsulluğun keçən ilə nisbətən iki dəfə artaraq, 34 faizə yüksəldiyini bildirib.

Reyting.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, Mahcub deyib ki, ötən il 17 faiz olan mütləq yoxsulluq nisbəti, bu il iki dəfə artaraq 34 faizə yüksəlib.

Mahcub Birləşmiş Millətlər Əmək Təşkilatının (BƏT) gündəlik 2 dollardan az gəliri olan şəxslərin mütləq yoxsul adlandırdığını xatırladaraq, ötən il ölkəsində minimum maaşın ən azı 3 milyon tümən olduğunu, ancaq builki həyat bahalılığı da göz önünə alınaraq sözügedən rəqəmin daha yüksək olmasının lazımlılığını qeyd edib.

İranda minimum əmək haqqı ötən ilə nisbətən 20 faiz artırılaraq 1 milyon 114 min 140 tümən (təxminən 77 dollar) kimi müəyyənləşdirmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}