İqtisadi Şuranın növbəti iclası keçirilib - Foto
Tarix: 09-04-2024 09:34 | Bölmə: Xəbərlər / İqtisadiyyat
İqtisadi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən Reyting.az-a verilən məlumata görə, Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət və siyasət istiqamətləri, o cümlədən pul siyasətinin əsas istiqamətləri, bank və sığorta sektorunun inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı, ərzaq təhlükəsizliyi, torpaqlardan səmərəli istifadənin və aqrar ixracın cari vəziyyəti, 2024-2030-cu illər üzrə çağırışlar və hədəflər, islam maliyyəsi (bankçılığı) ilə bağlı görüləcək işlər, Gömrük Rəsmiləşdirilməsi Platformasında süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analiz Sisteminin tətbiqi barədə və digər cari məsələlər geniş müzakirə olunub.

İclasda Mərkəzi Bankın sədri Taleh Kazımovun, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun və iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin məruzələri dinlənilib.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.





Bölməyə aid digər xəbərlər
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər