Soğana, kələmə və kartofa ixrac rüsumu tətbiq ediləcək - Nazir
Tarix: 06-04-2019 00:29 | Bölmə: İqtisadiyyat
Soğana, kələmə və kartofa ixrac rüsumu tətbiq ediləcək

"İqtisadiyyat Nazirliyi qiymətlərin qalxmasının səbəblərini araşdırır. Süni şəkildə qiymət artımı baş vermir. Ancaq qiymətlərin artımı bizi narahat edir".

Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, pərakəndə bazarlar daim nəzarət altındadır və monitorinqlər aparılır: “Gündəlik tələbata daxil olan məhsullar daha da ciddi nəzarət altında olur. Son bir aya yaxındır ki, soğanın qiymətində bahalaşma var".

Nazir deyib ki, bu siyahıya kartofu və bir neçə gündür qiyməti bahalaşan kələmi də əlavə etmək olar.

Ş. Mustafayev bildirib ki, qiymət artımı ilə bağlı hökumət tərəfindən müvafiq tədbirlər görüləcək: "Soğana, kələmə və kartofa ixrac rüsumu tətbiq ediləcək. Soğanın gömrük dəyərinə görə spesifik idxal rüsumu tətbiq olunurdu. Kilosuna 60 sent həcmində idi. Biz bunu aradan qaldırmaq istəyirik. Biz bu xüsusi rüsumun iki aya müddətinə dayandırılmasını istəyirik. Bazarda aparılan monitorinqlər davam etdiriləcək. İnanırıq ki, tədbirlər nəticəsində bazardakı qiymətlər sabitləşəcək".

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}