21:36 / 26-04-2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - Fotolar
20:58 / 26-04-2024
İlham Əliyevlə Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
20:46 / 26-04-2024
Azərbaycan və Almaniya prezidentləri görüşüb - (Yenilənib) - Fotolar
19:35 / 26-04-2024
43 pişiyi ac-susuz saxlayan şəxsi həbs ediblər
19:06 / 26-04-2024
Rusların hücum etmək istədiyi iki xəstəxana təcili boşaldılır
18:43 / 26-04-2024
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndi və Şuşaya səfər ediblər - (Yenilənib) - Foto
18:41 / 26-04-2024
İsveç Latviyaya qoşun və zirehli texnika göndərir
18:36 / 26-04-2024
Blinken Pekində Çini hədələyib
18:20 / 26-04-2024
20-yə yaxın məhbus həbsxanadan qaçmağa cəhd edib - Foto
18:15 / 26-04-2024
Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatlar dəqiqləşdirilir
18:08 / 26-04-2024
Erməni deputatlar saxlanılıb
17:58 / 26-04-2024
Ermənistan XİN: "Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq"
17:39 / 26-04-2024
"Beşiktaş" daha bir futbolçu ilə müqaviləni yeniləyib
17:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
17:23 / 26-04-2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
17:15 / 26-04-2024
Quba-Xaçmaz Regional filialına müdir təyinatı olub
16:58 / 26-04-2024
“Krokus”dakı terror aktına görə daha bir şübhəli saxlanılıb
16:56 / 26-04-2024
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - Foto
16:11 / 26-04-2024
Azərbaycanda partiya rəhbəri həbs edilib
16:05 / 26-04-2024
Əli Əsədov daha bir qərar imzalayıb
15:52 / 26-04-2024
Qəzzada daha 51 dinc sakin həlak olub
15:46 / 26-04-2024
Avtomobil şirkəti daha bir yeniliyə imza atıb - Fotolar
15:33 / 26-04-2024
Keçmiş rektor son söz üçün məhkəmədən yenə vaxt istəyib
15:14 / 26-04-2024
Azərbaycan prezidenti Almaniya kansleri ilə görüşüb - (Yenilənib) - Fotolar
14:06 / 26-04-2024
Rusiyanın yeni silahı ABŞ-a məxsus peykləri vura biləcək
13:54 / 26-04-2024
"Qarabağ" klubu cərimələnib
13:28 / 26-04-2024
Naxçıvan Nazirlər Kabinetinə Aparat rəhbəri təyin edilib
13:21 / 26-04-2024
Tehran-Tel-Əviv qarşıdurmasının növbəti dayanacağı haradadır?
13:07 / 26-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı gedib - (Yenilənib)
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
14:10 / 23-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
16:58 / 23-04-2024
İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumda iştirak edir - (Yenilənib)
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
00:05 / 23-04-2024
Abramoviç yeni futbol klubunu Avropanın ən yaxşısı edəcək
00:02 / 23-04-2024
Məşhur boksçu Mayk Tayson şirkətin səfiri olub
17:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
00:45 / 22-04-2024
Türkiyədə yenə zəlzələ olub
Hökumət banklara yardım etməyə məcbur olacaq – İqtisadçı
Tarix: 22-01-2018 14:44 | Bölmə: İqtisadiyyat
Problemli kreditlərin həcmi artmaqda davam edir. Statistikaya görə, kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi ötən il dekabr ayının 1-nə 1 milyard. 890,3 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının verdiyi xəbərə görə, bu, illik müqayisədə 417,7 milyon manat və ya 28,4% çoxdur. Ötən ilin oktyabr ayı ilə müqayisədə noyabrda problemli kreditlərin həcmi 700 min manat və ya 0,04% artıb. Problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 15,46% təşkil edir.
Məlum olduğu kimi, problemli kreditlərin yükünü nə dövlət, nə də banklar paylaşmadığından ən böyük ağırlıq vətəndaşların üzərindədir. Buna baxmayaraq, problem bank sektorunu da çökdürüb. Çünki banklar verdikləri kreditləri yığa bilmədiklərindən, yeni kredit xətləri də aça bilmirlər. Kreditləşdirmə olmadan isə bankların sağlamlığından söhbət gedə bilməz. Vaxtilə verilmiş kreditlər üzrə borclar da geri qayıtmadıqca şişir. Kredit portfelinin mühüm bir hissəsini problemli kreditlər təşkil edir.
Bəs görəsən, bu il problem tam şəkildə həllini tapacaqmı? Son 3 ildə bank sektorunun, eləcə də bütövlükdə iqtisadiyyatın əsas bəlasına çevrilən problemli kreditlərin həlli üçün hansı addımların atılmasına ehtiyac var?
Reyting.az xəbər verir ki, "Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli də təsdiqləyib ki, problemli kreditlərin həcmi durmadan artır:
"Rəsmi rəqəmlərə görə, problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 16 faizə çatıb, beynəlxalq reytinq agentliklərinin hesabalamalarına görə, 25-30 faiz civarındadır. Bu da çox böyük rəqəmdir. Bu, beynəlxalq aləmdə qəbul olunmuş normadan 10-12 dəfə artıqdır. Dünyada problemli kreditlərin həcmi 3 faizdən yuxarı olan kimi həmin banklar dərhal başqa mənbələrdən maliyyələşmək üçün problemin həllinə doğru addımlar atmağa, proqramlar qəbul etməyə başlayırlar. Azərbaycanda isə problemli kreditlərin həcmi bu norma və standartları dəfələrlə keçib. İlkin mərhələdə bankların tez-tez məhkəmələrə müraciət etməsinin də bir effekti olmadı. Məhkəmələrdə minlərlə belə işlər yığılıb qalıb. Əgər vətəndaşın krediti ödəməyə imkanı yoxdursa, istər məhkəmə qərarı olsun, istərsə də olmasın, onsuz da ödəmək iqtidarında olmayacaq. Ona görə də son zamanlar banklar tərəfindən vətəndaşların məhkəmələrə verilməsi halları bir qədər azalıb”.
N.Cəfərlinin fikrincə, məsələnin ən pis tərəfi bu oldu ki, son iki ildə problemli kreditlərin həcmi artdıqca ən böyük yük vətəndaşın çiynində qalır:
"Biz iki il öncə məsuliyyətin üç yerə bölünməsi formulunu da təklif etmişdik. Mərkəzi Bank, banklar və vətəndaşlar devalvasiyadan sonra yaranmış əlavə faizləri bərabər şəkildə bölüb, məsuliyyəti 3 yerə bölə bilərdilər. Hesab edirəm ki, bu il bəzi bankların bağlanması və ya birləşdirilməsi prosesi davam edəcək. Hökumət son nəticədə ayaqda qalan banklara yardım etməyə məcbur olacaq. Çünki nə banklar, nə də vətəndaşlar öz gücünə bu vəziyyətdən çıxa bilməyəcək. Son nəticədə ya Mərkəzi Bankın, ya da hökumətin birbaşa müdaxiləsi tələb olunacaq ki, bu problem həll olunsun. İlin sonuna qədər bu qərar verilə bilər. Çünki problemli bankların tamamilə sıradan çıxarılması prosesi də davam edəcək. Bunu son günlərdə ”Moodys” və "Fitch” kimi beynəlxalq agentliklər də açıqladı ki, bu proses davamlı şəkildə gedəcək. Ola bilər ki, ilin sonuna yaxın ayaqda qalan banklara dəstək proqramı qəbul olunsun, onlar da vətəndaşlara ciddi güzəştlər etməyə başlasınlar”.
İqtisadçı hesab edir ki, seçki ilində hökumət bu problemin həlli istiqamətində mühüm addımlar ata bilər:
"Görünən odur ki, problemin başqa həlli yolu yoxdur. Vətəndaşlar kreditləri qaytara bilməyəcək, banklar da öz gücü hesabına insanlara güzəşt edə bilməyəcək. Banklar güzəşt etdikcə vergi və dövriyyə ilə bağlı öhdəlikləri də artacaq. Ona görə də dövlət belə bir addım ata bilər.
Bu il həm də seçki ilidir. Mümkündür ki, seçkilərə bir neçə ay qalmış belə bir addım atılsın, bu da seçkinin iqtidar üçün daha rahat keçməsinə şərait yarada bilər. Banklar bağlanması isə istənilən halda davam edəcək, bu qaçılmaz bir prosesdir. Çünki Azərbaycanda kifayət qədər zəif banklar var.
Onlar ümumiyyətlə bu prosesdə iştirak edə bilmirlər, bəziləri böyük valyutadəyişmə məntəqəsinə çevrilib. Ancaq valyutadəyişmə əməliyyatlarından pul qazana bilirlər. Verdikləri kreditləri isə toplaya, yeni kredit xətlərini isə aça bilmirlər. Ona görə də, konsolidasiya prosesi davam edəcək. Ola bilər ki, bu il bağlanmadan daha çox birləşmə xəbərləri eşidək. İki-üç bankın birləşdirilməsi yolu ilə sağlamlaşdırma addımları atılacaq.
Sonda isə Mərkəzi Bankın və ya hökumətin birbaşa dəstəyi olmadan bu problem həll olunmayacaq. Problemin həlli üçün 5-6 milyard manat əlavə vəsaitə ehtiyac var ki, əsas sual da hökumətin bu vəsaitin xərclənməsinə razı olub-olmayacağıdır”.
Bölməyə aid digər xəbərlər

Dünən, 16:05
Əli Əsədov daha bir qərar imzalayıb
Dünən, 09:18
Dünya bazarı: Azərbaycan nefti ucuzlaşır
25-04-2024, 18:02
Naxçıvanda fond sədri vəzifədən çıxarılıb
25-04-2024, 16:41
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsi ilə bağlı qərar verib
25-04-2024, 12:59
Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək
24-04-2024, 17:55
Milli Məclis 3150 manatlıq kompüteri niyə 6 minə alır? - 830 minlik tenderlə bağlı qalmaqal
24-04-2024, 11:00
“Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq
24-04-2024, 00:11
İrana qarşı sanksiya siyahısı genişləndirilib
23-04-2024, 18:35
Rusiyada sosial iğtişaşlar başlaya bilər
23-04-2024, 17:27
“Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”na dəyişiklik edilib
23-04-2024, 13:12
Alkoqollu içkilərin idxalı və istehsalı yeni şərtlərlə müəyyən olunacaq
23-04-2024, 13:07
Yeni dövlət rüsumu müəyyənləşir
22-04-2024, 19:38
Dünyada ən hündür turbini Almaniya tikəcək
22-04-2024, 10:53
“AzerGold” qızıl və gümüş hasilatını artırıb - Foto
22-04-2024, 09:06
Şolts: “Qazıntı yanacağı dövrü başa çatır”
21-04-2024, 18:00
Birlik sədri: “Yumurtanın qiyməti yenidən qalxacaq”
19-04-2024, 18:06
Yaponiya süni intellektin inkişafına 475 milyon dollar ayırıb
19-04-2024, 13:08
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşı artırılır
19-04-2024, 12:56
Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib
19-04-2024, 12:49
Naxçıvanda 15 yoxlama materialı Baş Prokurorluğa və DTX-yə göndərilib
19-04-2024, 10:48
S&P İsrailin kredit reytinqini aşağı salıb
19-04-2024, 10:39
Bitcoin ucuzlaşıb
18-04-2024, 17:40
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
18-04-2024, 15:52
Daha iki bankın əmlakları hərraca çıxarılıb
18-04-2024, 12:10
Energetika naziri ABŞ-a gedib
18-04-2024, 09:45
Yeni model avtomobil həvəskarlarını heyran edir - Fotolar
18-04-2024, 09:00
Kolumbiya da BRİCS-ə maraq göstərir
17-04-2024, 13:16
Şirvan kanalı 230 min hektar əkin sahəsini əhatə edəcək
17-04-2024, 12:07
Deputat cərimələrin artırılmasını tələb edir
17-04-2024, 09:02
Naxçıvanda dövlət orqanlarında yoxlamalar başlayıb
16-04-2024, 18:02
Azərbaycan Serbiyaya təxminən 6,3 milyon kubmetr qaz tədarük edib
16-04-2024, 15:20
Azərbaycanın xarici ticarət dövriyyəsi açıqlanıb
16-04-2024, 10:26
60 min tondan çox təhlükəli tullantı zərərsizləşdirilib
15-04-2024, 18:01
Akademiyada Novruz bayramı aprel ayında keçirilir - 14 minlik şübhəli tender gündəmə çevrilib
15-04-2024, 17:53
Ən çox şikayət edilən bankların adları bəlli olub - Siyahı
15-04-2024, 17:47
Məşhur şirkət Rusiyadakı aktivlərini satıb
15-04-2024, 16:52
Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib
15-04-2024, 16:34
Aqrar sığorta sahəsində hesabatlılıq pozulub
15-04-2024, 14:58
DSMF-də 6,5 milyon manatdan çox vəsait mənimsənilib
15-04-2024, 11:37
Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb
14-04-2024, 23:11
Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
12-04-2024, 21:33
Dünyanın ən böyük hava limanı tikiləcək - Foto
10-04-2024, 12:43
Yeni şəhər inşa olunur - Foto
9-04-2024, 14:07
Deputatın şirkəti Milli Onkologiya Mərkəzinin 5.2 milyonluq daha bir tenderini "qapazlayıb"