20 mindən çox miqrant sərhəddə toplaşıb
Tarix: 05-11-2018 07:44 | Bölmə: Xəbərlər
20 mindən çox miqrant sərhəddə toplaşıb

Bosniya-Xorvatiya sərhədində toplaşan 20 mindən çox miqrant Mərkəzi Avropaya keçməyə çalışırlar.


Bu haqda Avstriyanın Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən yerli “Kronen Zeitung” qəzeti bildirib.

Məlumata görə, miqrantların 95 faizi kişilərdir və onların bir çoxu bıçaqlarla silahlıdır. Miqranların əksəriyyəti Pakistan, İran, Əlcəzair və Mərakeş sakinləridir. Onların arasında suriyalı yoxdur.

Qeyd edək ki, Şimali Afrika və Yaxın Şərqdən Avropaya miqrantların kütləvi axını 2015-ci ildə başlanıb. Qaçqınların əksəriyyətini – 1,5 milyondan çoxunu Almaniya qəbul edib. Bəzi ölkələr və siyasətçilər kvotanı və qaçqınların qəbulunun ixtisarını dəstəkləyirlər.(Publika.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}