23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
AXCP sədri azadlığa buraxıldı
Tarix: 19-11-2018 11:59 | Bölmə: Xəbərlər
AXCP sədri azadlığa buraxıldı

AXCP sədri Əli Kərimli və digər 10 nəfərlə bağlı məhkəmə prosesi keçirilib.

Reyting.az-ın məlumatına görə, Səbail rayon Məhkəməsinin qərarı ilə Əli Kərimli 2500 manat cərimə olunub və sərbəst buraxılıb.

Əli Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) və 513.2-ci (“Sərbəst toplaşmaq azadlığı haqqında” qanun ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddələri ilə ittiham edilib.

Digər şəxslər isə sadəcə 513.2-ci maddə ilə təqsirli bilinib. Onlar noyabrın 17-də Dirçəliş Günü ilə bağlı yürüş keçirmək istəyərkən saxlanılıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}