Dövlət Komitəsində kadr dəyişikliyi olub
Tarix: 13-12-2018 10:59 | Bölmə: Xəbərlər
Dövlət Komitəsində kadr dəyişikliyi olub

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni təyinat olub.

Dövlət Komitəsindən bildirilib ki, Cahandar Əlifzadə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsininin müdiri vəzifəsinə təyin edilib.

Bununla bağlı komitə sədri Mübariz Qurbanlı müvafiq əmr imzalayıb.

Xatırladaq ki, C. Əlifzadə bundan əvvəl Dövlət Komitəsində Dinşünaslıq ekspertizası şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, şöbənin əvvəlki müdiri Əliheydər Zülfüqarov Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsinə təyinat alıb.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}