Səhiyyə Nazirliyi tələbənin ölüm səbəbinə aydınlıq gətirib
Tarix: 08-02-2019 12:37 | Bölmə: Xəbərlər
Səhiyyə Nazirliyi tələbənin ölüm səbəbinə aydınlıq gətirib

“Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələrin nəticəsində öz təsqini tapmayıb".

Bu barədə Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb.

“Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb. Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb”,- nazirlik bəyan edib.

Qeyd edək ki, leptospiroz çox nadir rast gələn bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir.(Modern.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}