Nöqsanlara yol verən dekan işdən çıxarılıb
Tarix: 12-02-2019 11:14 | Bölmə: Xəbərlər
Nöqsanlara yol verən dekan işdən çıxarılıb

Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli çox ciddi nöqsanlarına görə vəzifəsindən azad olunub.

Bunu "Report”a açıqlamasında universitetin mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli deyib.

O, V. Ağabəylinin müəllim kimi Dillər Universitetində çalışdığını əlavə edib.

"Yəni, o, işdən çıxmayıb. Onun işdən çıxması ilə bağlı yayılan məlumatlar əsassızdır. Sadəcə olaraq, dekan vəzifəsindən çıxarılıb. Yarımştat müəllim kimi fəaliyyətini davam etdirir”, - A. Cəfərli bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}