Avropa Məhkəməsi Azərbaycan hökumətini cərimələyib – Qərar
Tarix: 16-02-2017 15:05 | Bölmə: Xəbərlər

 

"Bu gün Avropa Məhkəməsi müdafiə etdiyim 10 nəfərin 15 işi üzrə qərarlarını elan edib. Ərizəçilərin qanunsuz həbsə məruz qalmaları, onların sərbəst toplaşma, ədalətli araşdırma hüquqlarının pozuntusu tanınıb”.

Reyting.az saytı xəbər verir ki, bu barədə Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri Asabəli Mustafayev bildirib.

A.Mustafayev kompensasiya məbləğlərini də açıqlayıb:

1. Məcid Məcidli - 9000 avro

2. Bayram Bayramov və Məhəmməd Məcidli - hər biri 10000 avro

3. Babək Həsənov, İkram İsrafil, Tural Abbasli, Hikmət Ağayev, Rövşən Quliyev - hər biri 12 000 avro

4. Gözəl Bayramova - 12 000 +1900 avro (məhkəmə qərarı ilə ödədiyi 2000 manat cərimənin əvəzi)

5. Cəmil Hacıyev - 12000+ 470 (cərimənin əvəzi)

6. Bütün 15 işə görə 9700 avro - hüquqi xidmətə görə.

A.Mustafayev bildirib ki, bu gün həm də Vidadi İskəndərlinin oxşar işi üzrə qərar elan olunub: "Bu işdə vəkil digər şəxs olub. Kompensasiya 12000 + 1800 (hüquqi xidmətə görə).

Göründüyü kimi, Avropa Məhkəməsi tək-tək olan işlərdə hüquqi yardıma görə daha yüksək məbləğ təyin edir”.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}