Sahibkarlarla növbəti görüş keçiriləcək - Fotolar
Tarix: 12-03-2017 10:57 | Bölmə: Xəbərlər


Azexportun Xaçmazda keçirdiyi görüşdə yüzdən artıq sahibkar iştirak edib

Azexport portalı region sahibkarları ilə görüşlərini davam etdirir. Xaçmaz rayonunda keçirilən növbəti tədbirə Quba, Qusar, Siyəzən və Şabrandan sahibkarlar qatılıb. 100-dən artıq iş adamı ilə görüşdə Xaçmaz rayon icra hakimiyyəti başçısının müavini Yetkin Mehmanov bildirib ki, son illər ölkədə aparılan iqtisadi islahatlar nəticəsində bu sahədə mühüm nailiyyətlər əldə edilib.

Daha sonra Azexport.az portalının rəhbəri Zaur Qardaşov çıxış edib. Görüşdə portalın funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda, portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan bəhs edilib, həmçinin "Azexport.az"a inteqrasiya olunmuş milli və beynəlxalq ödəniş sistemləri, nəqliyyat və logistika xidmətləri, real rejimdə tərcümə xidməti və Azərbaycan məhsullarının beynəlxalq ticarət platformalarında yerləşdirmə imkanları barədə geniş məlumat verilib.

Bildirilib ki, Azexport təchizat zənciri üzrə bütün xidmətlərə - sertifikatlaşdırma, nəqliyyat, logistika, bazarlara çıxış, ödəmə imkanları yaradır. Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Rəqəmsal Ticarət Qovşağı vahid ixrac pəncərəsini təqdim edəcək. Bununla da sahibkarlarımız daha az resurs sərf etməklə ixrac prosedurlarını daha sürətlə həyata keçirəcəklər.

Rəqəmsal Ticarət Qovşağı həm də elektron pul kisəsi və elektron imzaların qarşılıqlı tanınmasını təmin etməklə sahibkarlarımızın xarici partnyorlarla əlaqələrini daha da asanlaşdıracaq. Rəqəmsal Ticarət Qovşağı həm online, həm dəoffline qaydada xidmət göstərəcək.

Görüşdə Azexport portalı üzərindən sifariş alan sahibkarlar da çıxış ediblər.

Qeyd edək ki, bu, artıq iqtisadi rayonlarda keçirilən altıncı görüşdür. İndiyədək portalın Şəki, Şamaxı, Gəncə, Yevlax, Lənkəranda sahibkarlarla görüşü baş tutub.

"Azexport.az" portalına Yaponiya, Niderland, Çin, Rusiya, Gürcüstan, Misir, Belarus, Pakistan və digər ölkələrdən olmaqla, əsasən şərab, toyuq əti, yumurta, müxtəlif şirələr, quru süd, mineral sular, alma, viski vədigər məhsullara dair sifarişlər gəlir. Sahibkarların tam məlumatlılığını təmin etmək, onların problemlərini dinləyib müzakirə etmək üçün "Azexport" komandası indiyə qədər Bakının rayonlarında və bölgələrdə minlərlə sahibkarla görüş keçirib. Növbəti belə görüş martın 18-də İmişli şəhərində Aran iqtisadi zonasının sahibkarları iləolacaq.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}