Baş nazir yeni qurum yaradıb - Qərar
Tarix: 16-03-2017 11:22 | Bölmə: Xəbərlər


Sumqayıt şəhərindəki Dənizkənarı Bulvarın infrastrukturunun qorunub saxlanılması, ekoloji təhlükəsizliyinin təmin edilməsi, habelə onun idarəetmə sisteminin təkmilləşdirilməsi, ərazidə nəzarətin təmin edilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Bununla bağlı baş nazir Artur Rasi-zadə qərar imzalayıb.

Qərara əsasən, "Sumqayıt Bulvar” MMC-nin idarəetmə aparatının işçilərinin say həddi 10 ştat vahidi müəyyən edilib.

Əmlak Məsələləri Dövlət Komitəsinə "Sumqayıt Bulvar” MMC-nin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi tapşırılıb.

"Sumqayıt Bulvar” MMC-yə cari il üzrə saxlanılması üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsinin ehtiyat fondundan üç yüz min manat vəsait ayrılacaq.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}