İmtahanların vaxtı və yeri bəlli olub
Tarix: 21-04-2017 13:25 | Bölmə: Xəbərlər


Aprelin 30-da dövlət ali təhsil müəssisələrinə II və III qruplar üzrə sənəd verən abituriyentlər buraxılış vərəqəsini çap edə bilər.

Reyting.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadla xəbər verir ki, artıq hər iki qrup üzrəsənəd verən abituriyentlərin imtahan verəcəyi yerlər açıqlanıb.

Abituriyenlər harada imtahan verəcəyini bilmək üçün DİM-in rəsmi saytına (DİM.GOV.AZ) daxil olaraq "Bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlərə imtahana buraxılış vərəqələrinin verilməsi" qrafasını tıklamaqla, müvafiq bölməyə keçid edir.

"Abituriyentin imtahana buraxılış vərəqəsi" səhifəsinə keçid etdikdən sonra isə "Abituriyentin imtahana buraxılış vərəqəsi"ni çap etmək üçün şəxsi kabinetin istifadəçi adını, parolu və kodunu müvafiq sahələrə daxil etdikdən sonra "Abituriyentin imtahana buraxılış vərəqəsi"ni və "Abituriyentin yaddaş kitabçası"ndan çıxarışı əks etdirən sənəd təsvir olunacaq.

"Bu sənədi çap edin və göstərilən tarix və saatda qeyd olunan imtahan məkanında olun",-deyə DİM-in müraciətində abituriyentlərin diqqətinə çatdırılır.





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}