Azexport Şərqi Avropa ölkələrinə tövsiyə olunub - Foto
Tarix: 22-04-2017 11:34 | Bölmə: Xəbərlər


Avropa Palataları Assosiasiyasının Şərq Tərəfdaşlığı Proqramı, "East İnvest 2" layihəsi çərçivəsində sahibkarlığı dəstəkləyən təşkilat və biznes assosiasiyalarının Kiyevdəki toplantısında layihənin koordinatoru Natiq Mədətov Azexport portalı barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Reyting.az-a daxil olan məlumata görə, təqdimatdan sonra Azexport portalı "East Invest 2” layihəsi çərçivəsində kiçik və orta sahibkarlığın ixracının təşviqi üçün onlayn platforma kimi dövlət-özəl sektor dialoqunda iştirak üçün tövsiyələr siyahısına daxil edilib.

Davamlı olaraq bu layihənin fərqli ölkələrdə müzakirələrin təşkil edilməsində məqsəd səmərəli və davamlı dövlət və özəl sektor dialoqu, eləcə də Şərq Tərəfdaşlığı ölkələrində birgə layihələrin işlənib hazırlanması və həyata keçirilməsi üçün səylərin birləşdirilməsidir.

Qeyd edilir ki, müzakirələrdə Azərbaycan, Gürcüstan, Belarus, Ukrayna, Moldava və Ermənistandan olan 30-dan artıq nümayəndə iştirak edib. Bundan sonrakı müzakirələr Brüsseldə davam etdiriləcək. 





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}