ABŞ-ın professoru Bakıda mühazirə oxuyub
Tarix: 22-04-2017 14:59 | Bölmə: Xəbərlər


ABŞ-ın Corctaun Universitetinin professoru Sam Potolicchio İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Təsir, əminetmə və ictimai nitq” mövzusunda seminar keçirib. Professor bildirib ki, ictimai nitq istənilən sahədə, eləcə də istənilən yaşda olan insan üçün çox vacib amildir. Xüsusi ilə fikrini düzgün və aydın ifadə etmək, auditoriyanı ələ almaq, çıxışını daha düzgün və maraqlı qurmaq, ətrafındakı insanları inandırmaq birbaşa olaraq nitqin düzgün qurulması ilə əlaqəlidir. Professor Sam Potolicchionun fikrincə, karyerasında uğur əldə etmiş və nüfuzlu şəxslərin əksəriyyəti böyük natiqlərdir.

İİTKM-dən Reyting.az-a verilən məlumata görə, Meet-up formatında keçirilən seminarda auditoriyanın müəyyən edilməsi, nitqin bunun üzərində qurulması və digər sahələr üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, S.Potolicchio ABŞ-ın Corctaun Universitetinin Qlobal Səfər Tələbə Proqramının akademik rəhbəridir.







Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}