Nobelçi alim: "Xərçəngdən ölənlərin 30 faizi siqaret çəkənlərdir"
Tarix: 14-06-2017 12:42 | Bölmə: Xəbərlər


"Onkoloji xəstəliklərdən dünyasını dəyişənlərin 30 faizi siqaret çəkənlərdir”.

Reyting.az xəbər verir ki, bunu ABŞ-ın Şimali Kalorina Universitetinin professoru, 2015-ci ildə kimya üzrə Nobel mükafatçısı Aziz Sancar "Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfransda bildirib.

Nobel mükafatçısı insanlara siqareti tərgitməyi məsləhət görüb.

A.Sancar özünün elmi kəşfi ilə xərçəng xəstəliyinin müalicə edilə biləcəyini ifadə edib:

"Biz tütün əleyhinə geniş kampaniya aparırıq. Zədələnmiş hüceyrələr bərpa oluna bilər. Lakin siqaret çəkiləcəyi təqdirdə bizim hazırladığımız terapiyanın heç bir faydası olmayacaq”.(Mənbə: APA)

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}