Bələdiyyə sədri özünü asıb - Araşdırma başlayıb
Tarix: 14-07-2017 10:53 | Bölmə: Xəbərlər


Şəkidə bələdiyyə sədri özünü asıb.

Reyting.az APA-ya istinadən xəbər verir ki, Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyiti kənd ərazisində köhnə tikilidə asılmış vəziyyətdə tapılıb. 1971-ci il təvəllüdlü F.Rüstəmov evli olub, iki övladı var.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}