Müəllimlər üçün kurslar keçirilir - Foto
Tarix: 18-07-2017 14:30 | Bölmə: Xəbərlər

"Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlim kursları davam edir.

Reyting.az saytı Bakı şəhəri üzrə Təhsil İdarəsinə istinadla xəbər verir ki, kurslar Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və "Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən birgə təşkil olunub.

İyulun 13-də başlayan və ayın 20-dək davam edəcək təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır.

Təlimləri uğurla başa vuran müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikatlar veriləcək.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}