Məmur vətəndaşı ölümlə hədələyir – Müraciət
Tarix: 12-08-2017 17:43 | Bölmə: Xəbərlər

Beyləqan rayon sakini Şahin Qəhrəman oğlu Əsədov mətbuat vasitəsi ilə ölkə prezidneti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Daxili işlər naziri Ramil Usubova, DTX rəisi Mədət Quliyevə müraciət edərək kömək istəyir.

Şahin Əsədov müraciətində bildirir ki, "Kənd Təsərrüfat İstehsalat Müəsissəsi” MMC-nin direktoru Çərkəz Şirinovla bağlı müxtəlif instansiyalara şikayətlər edib. Çərkəz Şirinov isə buna görə, onu və ailə üzvlərini ölümlə hədələyir.

Reyting.az saytı AzFakt.com-a istinadla Ş.Əsədovun müraciətini təqdim edir:

"Möhtərəm Prezidentim!

Çox hörmətli I vitse-prezident Mehriban xanım Əliyeva!

Hazırda 1 aydan çoxdur ki, ailəmi məcburən evimdən çıxardaraq qohumlarımın evinə yerləşdirmişəm. Çünki Çərkəz Şirinovun bacısı oğlu, "Kənd Təsərrüfat İstehsalat Müəsissəsi” MMC-nin ferma müdiri Elməddin Şirinov və digər yaxınları mənə hər gün hədə-qorxu gələrək, öldürüləcəyimi deyirlər. Çərkəz Şirinov məni qorxuzmaqla bərabər üzümə deyir ki, etdiyin şikayətlərin heç bir nəticəsi olmayacaq. Hətta o, məni öldürdəcəyi ilə də hədələyir”.

Şikayətçi özünün və ailəsinin təhdidlərdən xilas olmasında müraciət etdiyi şəxslərdən kömək istəyir: "Həmçinin, Daxili işlər naziri Ramil Usubova, DTX rəisi Mədət Quliyevə müraciət edirəm. Mən öz həyatımdan yox, daha çox ailəmin hansısa bir üzvünün zərər görməsindən qorxuram. Buna görə də ölkə rəhbərliyindən, hüquq-mühafizə orqanlarından yardım istəyirəm.

Möhtərəm Prezidentim! Mən hər zaman Sizin siyasəti dəstəkləyən və bununla fəxr edən bir vətəndaşam. Məhz Sizin verdiyiniz ümidlər və dəstək sayəsində sahibkarlıqla məşğul olmağa, öz ailəmi dolandırmaqla yanaşı, ölkə iqtisadiyyatına azacıq da olsa faydalı olmağa qərar vermişəm. Lakin Beyləqan rayon "Kənd Təsərrüfat İstehsalat Müəsissəsi” MMC-nin direktoru Çərkəz Şirinov bütün qanunları tapdalayaraq sahibkarlıqla məşğul olduğum torpaq sahəsini zəbt edib. Dövlət qurumlarına şikayət etdiyimə görə isə məni və ailəmi təhdid edir.

Möhtərəm Prezidentim! Mənim son ümidim Sizsiniz və ailəmi Çərkəz Şirinov terrorundan qoruyacağınıza əminəm”.

Çərkəz Şirinovun məsələyə münasibətini öyrənmək mümkün olmayıb. Onun mövqeyinə yer ayırmağa hazırıq.

 






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}