İcra başçısı ağacların kəsilməsinə şərait yaradıb - Nazirlik
Tarix: 15-08-2017 18:00 | Bölmə: Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə Gəncə şəhər sakini Ənvər Mustafayev tərəfindən Yeni Gəncə yaşayış massivi M.Paşayev küçəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, şikayət nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə yerində araşdırılıb:

"Əraziyə keçirilən baxış zamanı 100 m2 torpaq sahəsinin hasara alındığı, hasar daxilində 9 ədəd müxtəlif cinsli və diametrli ağacın bioloji inkişafda olduğu, 1 ədəd sərv ağacının isə tikintiyə maneəçilik törətdiyi üçün alt budaqlarının qanunsuz kəsildiyi aşkar edilib. Araşdırma zamanı sözügedən ərazinin Gəncə şəhəri Nizami rayonu icra hakimiyyəti başçısının sərəncamı ilə Hamlet Nağıyevə ticarət obyektinin tikintisi üçün verildiyi məlum olub. Faktla bağlı H.Nağıyev barəsində protokol tərtib olunub və o inzibati qaydada 200 manat məbləğində cərimə edilib, ağacların qorunub mühafizə edilməsi üçün akt tərtib olunaraq torpaq istifadəçisinə təhvil verilib.

Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Şöbəsinə isə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib, eyni zamanda Nizami rayon İcra Hakimiyyətinə müraciət olunub".

 





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}