23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
İcra hakimiyyəti yeniyetmələri istirahətə yollayıb
Tarix: 15-08-2017 18:14 | Bölmə: Xəbərlər


Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkilini diqqət mərkəzində saxlayan Səbail rayon İcra Hakimiyyəti hər il olduğu kimi bu il də bu istiqimətdə bir sıra tədbirlər görüb.

İcra hakimiyyətindən Reyting.az-a verilən məlumata görə, artıq Qusar rayonundakı «N» saylı hərbi hissədə yaradılmış «Gənc Heydərçilər» düşərgəsində 150 yeniyetmə istirahət edərək evlərinə qayıdıblar.

Həmin işlər çərçivəsində növbəti tədbir Bakıdakı «Sahil bağı»nda təşkil olunub. Səbail rayon İcra Hakimiyyəti və DİN-nin Daxili Qoşunlar Komandanlığının ənənəvi olaraq həyata keçirdiyi birgə layihə əsasında təşkil olunmuş «Şahinlər» yay istirahət düşərgəsinə yeniyetmələrin yola salınma mərasimi keçirilib. Quba şəhərinin mənzərəli yerində Daxili Qoşunların "N” saylı hərbi hissəsində yaradılmış hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, Daxili Qoşunların zabitlərinin övladları, həmçinin «SOS-Azərbaycan» uşaq kəndində tərbiyə alan, ümumilikdə 200 yeniyetmə göndərilib.

Səbail rayon rəhbərliyi, Daxili Qoşunlar Komandanlığının, düşərgəyə yollanan yeniyetmələrin, onların valideynlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə «Sahil bağı»nda təşkil olunan yolasalma mərasimində çıxış edən Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini Xalıdə Bayramova ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaq vəyeniyetmələrə olan diqqət və qayğısından danışıb.

DİN Daxili Qoşunlar Baş İdarəsinin şöbə rəisi, polkovnik Mətləb Qənbərov uşaqların mənalı və yaddaqalan istirahəti üçün görülən işlərdən söz açaraq qeyd edib ki, Daxili Qoşunlarin "N” saylı hərbi hissəsində yaradılan düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq Səbail RİH tərəfindən bir sıra təşkilati işlər həyata keçirilib, RİH ilə birgə istirahətə göndərilən uşaqlar və onların valideynləri, düşərgədə çalışacaq dəstə rəhbərləri ilə görüş keçirərək düşərgə, burada istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə onlara ətraflı məlumat verilib. Uşaqlar üçün xüsusi geyim vəforma, lazımi idman ləvazimatları da alınıb.

Onu da qeyd edək ki, bu il də düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri məşğul olacaqlar. Onlarla yanaşı Daxili Qoşunların zabitləri, çavuş və əsgərlərindən ibarət qrup düşərgəyə təhkim olunub.






Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}