Siqaret və spirtli içkilər bahalaşacaq
Tarix: 21-11-2017 12:46 | Bölmə: Xəbərlər
Siqaret və spirtli içkilər bahalaşacaq

Azərbaycanda 2018-ci ildən siqaret və spirtli içkilərin qiyməti qalxacaq. Gələn ildən ölkəmizdə tütün məmulatları və alkoqollu içkilərə görə aksiz dərəcələri iki dəfəyədək artırılacaq. Bu da sözügedən məhsulların ciddi bahalaşmasına səbəb olacaq.

Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov məsələ ilə bağlı açıqlama verib.

Şərifov deyib ki, manatın dollara nisbətən kəskin ucuzlaşması tütün məmulatlarının və alkoqollu içkilərin alış qiymətini kəskin dərəcədə artıb.

Ancaq aksiz dərəcələri aşağı düşüb. Növbəti ildə həmin məhsullara aksiz dərəcələrinin iki dəfə artırılması nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}