Mətbuat Şurası qurultaya hazırlaşır
Tarix: 19-01-2018 23:27 | Bölmə: Xəbərlər
Mətbuat Şurası qurultaya hazırlaşır

Azərbaycan Mətbuat Şurasının növbəti – VII qurultayı bu ilin yaz aylarında keçiriləcək.

Bu barədə "Report”a açıqlamasında Şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov məlumat verib.

O bildirib ki, yaxın vaxtlarda Mətbuat Şurasının hesabatı hazırlanacaq: "Hesabat verdikdən sonra bu məsələni gündəmə gətirəcəyik. Yəqin ki, qurultay bu ilin yazında olacaq”.

Ə.Amaşov növbəti dəfə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı suala belə cavab verib: "Bunu zaman göstərəcək. Məsələ namizədliyimin irəli sürülməsi deyil, qurultayın kimi sədr seçməsidir”.

Qeyd edək ki, Mətbuat Şurasının sonuncu qurultayı 2013-cü ildə keçirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}