Polislər hüquq müdafiəçisini saxlayıb
Tarix: 19-04-2018 13:47 | Bölmə: Xəbərlər
Polislər hüquq müdafiəçisini saxlayıb

Hüquq müdafiəçisi Taleh Xasməmmədov saxlanılıb.

Reyting.az
bildirir ki, T.Xasməmmədovun yaxınlarının APA-ya verdikləri məlumata görə, hüquq müdafiəçisi bu gün Göyçay Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətdən isə bildirilib ki, bu gün saat 11 radələrində Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları xidmətdə olarkən yol-hərəkət qaydasını pozan “BMV” markalı avtomobili saxlayıblar:

"Yol polisinin əməkdaşı istifadəsində olan bort-kompüterə nəqliyyat vasitəsinin məlumatlarını daxil edərkən onun barəsində həbs qərarının olması müəyyən edilib və avtomobili qanuna müvafiq qaydada duracağa yerləşdiriblər.

Bundan sonra avtomobilin sahibi, əvvəllər məhkum olunmuş Taleh Xasməmmədov DYPB rəisinin iş otağına gələrək dərhal avtomobilinin buraxılmasını tələb edib. Ona maşınının saxlanılmasının səbəbləri ətraflı izah edilib və bildirilib ki, cəriməni dəbbə pulu ilə birlikdə ödədikdən sonra nəqliyyat vasitəsini duracaqdan götürə bilər. Bununla razılaşmayan T.Xasməmmədov daha da aqressivləşərək xidməti otaqda öz xuliqanlıq hərəkətlərini davam etdirib, oradakı əşyaları dağıdaraq yararsız hala salıb. Onu sakitləşdirmək istəyən 3 polis əməkdaşına isə xəsarət yetirib ki, onlardan biri dərhal rayon xəstəxanasına yerləşdirilib. Buna baxmayaraq onun qanunsuz hərəkətlərinin qarşısı alınıb və saxlanılıb.

Hazırda faktla bağlı Göyçay RPŞ-də müvafiq araşdırmalar aparılır. Nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}