500-dən çox məhbus əfv olunacaq - Komissiya üzvü
Tarix: 14-05-2018 15:55 | Bölmə: Xəbərlər
500-dən çox məhbus əfv olunacaq

Əfv Məsələləri üzrə Dövlət Komissiyasının iclasları yekunlaşmaq üzrədir.

Reyting.az
xəbərinə görə, bu barədə Modern.az-a Komissiya üzvü Rəşad Məcid məlumat verib. R.Məcid qeyd edib ki, bu həftə ərzində də iclaslar davam edəcək:

"Bu il Komissiya çox məhsuldar işlədi. İndiyədək 1200-dək müraciətə baxılıb”.

Komissiya üzvü əfv sərəncamının 500 nəfərdən çox məhbusa şamil ediləcəyini vurğulayıb: "Bildiyiniz kimi, əfv sərəncamının imzalanması Prezidentin müstəsna səlahiyyətlərinə aiddir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ölkə rəhbərinin humansit addım ataraq, növbəti əfv sərəncamını imzalayacağı gözlənilir. Bu isə məhbuslar və ailələri üçün sevindirici olacaq”.

R.Məcidin sözlərinə görə, əfv sərəncamının prezident İlham Əliyev tərəfindən mayın 28-dən bir neçə gün əvvəl imzalanacağı gözlənilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}