QMİ bayram namazının vaxtını açıqlayıb
Tarix: 14-06-2018 17:43 | Bölmə: Xəbərlər
QMİ bayram namazının vaxtını açıqlayıb

Sabah Azərbaycanda Ramazan ayı münasibətilə bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə verilən məlumata görə, bayram namazı iyunun 15-də səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

Qeyd edək ki, QMİ-nin verdiyi fətvaya əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-nə, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edir və həmin gün ölkədə bayram namazı qılınacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}