Əli Həsənov: “...hakimiyyət qarşıdurmasının təməlində gənclər dururdu”
Tarix: 10-11-2016 11:53 | Bölmə: Siyasət / Xəbərlər


Bakıda "Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda gənclərin respublika konfransı keçirilir.

Konfransda Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, deputatlar, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Tədbirdə çıxış edən Əli Həsənov deyib ki, müstəqilliyin 25 illik tarixi son aydır ki ayrı-ayrı tədbirlərdə müzakirə olunur: "Müasir gənclik müstəqillik tariximizin ayrılmaz hissəsini təşkil edir. Bu gün tədbirdə gəncliyimizin avanqard hissəsini təşkil edən gənclərimiz iştirak edir. Biz 1992, 93 və 94-cü illərdəki gəncliklə indiki gəncliyi müqayisə etsək görərik ki, yerlə göy qədər fərq var. O dövrdə hakimiyyət qarşıdurmasının təməlində də gənclər dururdu. Ümummilli lider prezident seçildikdən sonra ayrıca gənclərlə bağlı bir nazirlik yaradılması haqqında fərman verdi.

Heydər Əliyevin yürütdüyü siyasət İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycanda adət-ənənələrini bilən vətənpərvər nəsil yetişib. Azərbaycan gəncliyi həm də dünyada rəqabətə davamlı olmalıdır, elm və texnologiyanı bilməlidir. Bütün sahələr üzrə çalışan şəxslərə baxsanız görərik ki, əksəriyyətini gənclər təşkil edir. Bu gənclər də müstəqillik dövründə yetişib. Nazirlikdə çalışan müavinlərə, şöbə müdirlərinə baxsanız görəcəksiniz ki, onlar gənclərdir".

Qeyd edək ki, konfrans Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə əlaqədar baş tutub.

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}