23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Sədr müavininin həbs müddəti uzadılıb – Vəkil
Tarix: 17-08-2017 13:51 | Bölmə: Siyasət / Xəbərlər
Sədr müavininin həbs müddəti uzadılıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının həbs müddəti uzadılıb.
Reyting.az-ın xəbərinə görə, vəkil Nemət Kəirmli APA-ya bildirib ki, Nəsimi rayon Məhkəməsi həbs müddətinin iki ay uzadılması barədə qərar çıxarıb.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilir ki, 25 may 2017-ci il tarixində, saat 22:00 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Gözəl Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla G. Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}