Qida, içki və tütün məhsulları bahalaşır
Tarix: 29-09-2018 22:23 | Bölmə: Slayd
Qida, içki və tütün məhsulları bahalaşır

Qida, içki və tütün məhsullarının satışı ilə məşğul olan firmalar mağazalara xəbərdarlıq edib ki, oktyabrın 1-dən məhsulların qiymətləri 10%-dən 40%-ə qədər bahalaşacaq.

Bakıda fəaliyyət göstərən mağazalardan verilən məlumata görə, oktyabrın 1-dən etibarən qida, içki və tütün məhsullarının da qiymətində artım olacaq. Mağaza sahibləri deyir ki, bu məlumatı onlara həmin məhsulların topdansatışı ilə məşğul olan firmalar öncədən xəbərdarlıq kimi deyib.

Məlumata görə, satışda olan bütün tütün məhsullarının qiymətləri deyilən tarixdən 15-20 faiz bahalaşacaq.

Reyting.az saytı kommersant.az-a istinadla bildirir ki, "Az-Granata"ya aid içki məhsullarının qiyməti də 30-40 faiz arasında artacaq.

Mağaza satıcıları deyirlər ki, qiymət artımı bəzi içki məhsullarına artıq indidən tətbiq olunmağa başlayıb. Belə ki, "Xan" brendi ilə satışda olan içki məhsulları mağazalara firmalar tərəfindən əvvəllər 6 manata satılırdısa, bu gündən 9 manata satılır.

Onu da qeyd edək ki, artıq bəzi marketlərdə siqaretlərin qiyməti 10-30 qəpik arası bahalaşdırılıb.

Daha çox alınan nazik "Kent" siqareti 2 manat 50 qəpikdə 2 manat 80 qəpiyə, "Winston" isə 2 manat 30 qəpikdən 2 manat 50 qəpiyə qaldırılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}