Keçəl şeytan; O, çox gənc məşuqələri və sürətli maşınları sevirdi - Fotolar
Tarix: 01-10-2018 17:26 | Bölmə: Slayd
Keçəl şeytan; O, çox gənc məşuqələri və sürətli maşınları sevirdi

Benito Mussolini İtaliya faşizminin banilərindən biridir. Ruzvelt, Çörçil və Adolf Hitler də ona heyran olublar. O, tədricən Üçüncü reyxin fürerinin kölgəsinə çevrilib.

“İtaliyalıların 40 faizə yaxını Benito Mussolinini bu gün təbəssümlə xatırlayırlar. Onun həmişəki kimi çoxlu tərəfdarının olduğu, vaxtaşırı dəstə-dəstə qəbrini ziyarət etmələri, bura təzə gül dəstələri qoymaları ilə sübut olunur”, - “Deutsche Velle”nin jurnalistlərindən birinə onu qəbiristanlıqda qarşılayan kişilərdən biri deyib.

“Qocaların çoxu həmişəki kimi ona dəyər verir, axı o, onlara təqaüd verib, icbari təhsil tətbiq edib, yanğınsöndürmə xidmətini yaradıb. Həmişəki kimi rəhbərin milli ideyalarına inananlar da var, lakin ən böyük səhvi kimi onun digər ölkələri ələ keçirmək istəməsini və İkinci Dünya müharibəsinə qoşulmasını görürlər”, - ikinci kişi söyləyir.

Birləşmiş Krallığın baş naziri Uinston Çörçil və Amerika prezidenti Franklin Ruzvelt ona valeh olmuşdular. Məsələn, britaniyalı hökumət başçısı vəzifəsinin icrasına başlamazdan xeyli əvvəl Mussolinini “yaşayanlar və yenilər arasında ən yaxşı qanunverici” adlandırmışdı.

Romeo üçün maşınlar

Keçəl şeytan; O, çox gənc məşuqələri və sürətli maşınları sevirdi

Müasirlərinin sözlərinə görə, italiyalı diktatorun həyatda hər şeydən çox qadınlardan və avtobillərdən xoşu gəlirdi. Onun həm qadınları, həm də avtobilləri çox idi. O, 1920-ci ilin axırında həyatda ən cəsarətli avtomobil ideyalarını həyata keçirmək nəsib olan Alfa Romeonun Vittorio Yano adlı konstruktoru ilə tanış olur. Həmin illər imkanlı italiyalıların hamısı məhz Alfa Romeonu seçirdi. İtaliyanın başçısı özü də istisna olmur. O, həmin markanı milli inci adlandırmağa çağırır. Ona ilk dəfə belə maşın 1927-ci ildə hədiyyə olaraq təqdim edilir, sonra hər il rəhbərin avtomobil parkına az qala konveyerdən yeni çıxan Alfa Romeo əlavə olunub.

30-cu illərin əvvəlində, iqtisadi böhran başlayanda o, bu firmanı qaçılmaz müflislləşmədən xilas edir: Mussolini bundan əvvəl sənayenin dirçəlişi milli institutu yaradır, ardınca şirkəti milliləşdirir və ona böyük vəsait qoyur.

Keçəl şeytan; O, çox gənc məşuqələri və sürətli maşınları sevirdi

Yeri gəlmişkən, diktator bu avtomobillərdən birinin sükanı arxasında oturub həyatının əsas məhəbbəti ilə qarşılaşır. 1933-cü ildə Romada yolun kənarında 19 yaşlı pərəstişkarı sayılan Klaretaa Petaççinin ailəsi ilə birlikdə olduğu maşını keçir. Rəhbərin onların yanından keçdiyini görən qız qışqırır:

“Duçe! Duçe!” (İtaliyada Benito Mussolinin titulu idi, lider, başçı deməkdir). İtaliya diktatoru dərhal avtomobilini saxlayır və salamlaşmaq üçün onu təəccübləndirən ailəyə yaxınlaşır. Gənc gözəlin doğmaları ilə ünsiyyətdən sonra, onu öz rezidensiyasına şam yeməyinə dəvət edir.

Sonradan məlum olacaq ki, yaş fərqi 30 il olmasına baxmayaraq, o, uşaqlıqdan Mussoliniyə aşiq olub və ona məktublar yazıb. Lakin katiblikdə qalaqlanan həmin məktublar ünvanına çatdırılmırdı. Favorit olandan sonra, o, qardaşı Marçellonu irəli apara bilib və Romanın lap mərkəzində dəbdəbəli “Kamiluçça” villa alıb.

Keçəl şeytan; O, çox gənc məşuqələri və sürətli maşınları sevirdi

Mussolini avtomobillərdən başqa, yaxtaları da çox sevirdi və onların çoxunu dostlarından hədiyyə kimi almışdı. Ən sevimli gəmilərindən biri “Qara alov” idi. Yeri gəlmişkən, bu gəmi 1943-cü ildə faşist rejiminin süqutundan sonra yandırılıb.

Duçe

Keçəl şeytan; O, çox gənc məşuqələri və sürətli maşınları sevirdi

Dəbdəbəyə hərislik Mussolinidə artıq həyatının yetkin zamanında yaranıb. Gələcək rəhbər çox sadə ailədən çıxıb: onun atası təhsil almadan xarrat və dəmirçi idi, ancaq siyasətlə aktiv maraqlanırdı. O, qızğın sosialist kimi öz əqidəsinə görə dəfələrlə həbsə də düşüb. Onun oğlu Benitoda əvvəlcə belə baxışlar olub.

O, 17 yaşında sosialistlər partiyasına daxil olur, kitabları oxumurdu, sanki su kimi içirdi, natiqlik məharətini təkmilləşdirirdi. O, İsveçrədə digər ölkələrdən olan məsləkdaşları ilə tanış olur. Şəhərdən şəhərə gedib işini daim dəyişdirərək həyatını siyasətsiz təsəvvür etmir. 1907-ci ildə jurnalist olur. Sosialist nəşrlərindəki məqalələri tezliklə ona populyarlıq gətirir. O zaman onun Pikallo Duçe ləqəbi (Kiçik rəhbər) vardı. Ardınca “pikallo” haradasa unudulur, amma “duçe” müraciəti ömrünün sonuna qədər onunla qalır.

Keçəl şeytan; O, çox gənc məşuqələri və sürətli maşınları sevirdi

O, 1911-ci ildə məqalələrində işğalçılıqdan yazır və İtaliya-Liviya müharibəsini ədalətsiz adlandırır. Müharibə əleyhinə çıxışları İtaliya hakimiyyətinin diqqətindən yayınmır: Mussolini bir neçə ay dəmir barmaqlıqlar arxasında oturur. Həbsxanadan çıxandan sonra partiya yoldaşlarının yardımı ilə Sosisalist partiyasının carçısı “İrəli” qəzetinin baş redaktoru olur. Qeyd etmək lazımdır ki, duçenin rəhbərliyi ilə “İrəli” ölkənin ən çox oxunan qəzetlərindən biri olur, onun tirajı 4 dəfə artır. Həmkarlarının sözlərinə görə, baş redaktor cəlbedici başlıqlar düşünür, ən həyati mövzular seçir, kütlənin əhval-ruhiyyəsini bildiyindən, öncəgörmə qabiliyyəti olduğundan, hamı məhz hər şeyi ondan eşitmək istəyirdi.

Keçəl şeytan; O, çox gənc məşuqələri və sürətli maşınları sevirdi

Mussolini və onun sosialist dostlarını Birinci Dünya müharibəsi puç etdi. Partiyada hesab edirdilər ki, Roma neytral qalmalıdır, baş redaktor isə qəzetin səhifələrində italiyalıları “Antanta”nın tərəfində çıxış etməyə çağırırdı. Mussolinin fikrincə, İtaliya Avstriya-Macarıstanın ələ keçirdiyi tarixi torpaqları özünə qaytara bilərdi.

Sosialistlərdən incik düşən Mussolini cəbhəyə gedir və orada özünü mərd əsgər kimi göstərir. Evə qayıdandan sonra siyasi baxışlarına yenidən baxır. 1919-cu ildə “İtaliya mübarizə ittifaqı”nı yaradır, sonradan Milli faşist partiyası kimi adını dəyişdirir.

O, İtaliyanı yalnız sərt əl və ənənəvi dəyərlərin əsasında dirçəltməyin mümkün olduğunu açıqlayır. Keçmiş dostları və silahdaşları – solçular – Mussolinin başlıca düşmənlərinə çevrilirlər.

1921-ci il seçkilərində partiya parlamentə 35 deputat keçirəndə duçenin ardıcılları Birinci Dünya müharibəsinin veteranları sırasından partiyanın tərəfdarlarının silahlı dəstələrini formalaşdırmağa başlayıblar. Paltarlarının rənginə görə onların ləqəbi “qara köynəklilər” idi.

Keçəl şeytan; O, çox gənc məşuqələri və sürətli maşınları sevirdi

1922-ci ilin oktyabr ayında “qaraköynəklilər”in kütləvi yürüşü Mussolinin hakimiyyətə yolunu baş nazir postu ona verilməklə faktiki olaraq təmizlədi. O, mühafizəkarlardan, biznes nümayəndələrindən və katolik kilsəsindən dəstək almaqla, müxalifəti parlamentdən yavaş-yavaş çıxarmaqla hakimiyyət vertikalını möhkəmləndirməyə başlayıb. 1928-ci ildə hakim partiyadan başqa hamısının fəaliyyəti qadağan edilib.

O, iş yerləri yaratmaqla, yeni məktəblər və xəstəxanalar açmaqla əhalinin dəstəyini qazanıb. Bu zaman demək olar ki, mümkünsüzü mümkün etməyə nail olub – papa taxtı ilə münasibətlər qurub: Pontifik İtaliya dövlətinin mövcudluğunu rəsmən etiraf edib.

Digər qərb ölkələrinin liderləri Mussolinidə hər şeyin uğurlu alındığına həsədlə baxırdılar. Onun nurlu simasını onların gözlərində yalnız ərazi işğalına cəhdləri korlayırdı: Efiopiyanın ələ keçiriləməsi, Liviya üzərində nəzarətin qurulması, Albaniyada tabe olan rejimin yaradılması.

Onun obrazını Almaniyada hakimiyyətə gələn Adolf Hitlerlə yaxınlaşması tam korlayıb. Mussolini, əksinə fürerlə yaxınlaşmağa tələsmirdi, o, Üçüncü reyxin başçısının sevimlisi idi. Mussolini Avstriyanın anşlyusunun əleyhinə olub, çünki onun yerli hakimiyyət orqanları ilə yaxşı münasibətləri yaranmışdı.

Lakin İspaniyadakı vətəndaş müharibəsi hər şeyi dəyişib: hər iki lider general Frankonu dəstəkləyib. Böyük Britaniya və Fransa Mussolinini ittifaqdan aralamağa cəhd etsələr də, duçe Almaniya və Yaponiya arasında anti-komintern paktına qoşulur. Hitlerə tərəf istiqamətlənən İtaliyanın rəhbəri tədricən onun kiçik ortağına çevrilir.

Hərbi əməliyyatlarda uğursuz iştirakı Mussolininin ən yaxın silahdaşları arasında sui-qəsdi yetişdirdi, nəticədə 1943-cü ilin iyul ayında onu baş nazir postundan uzaqlaşdırıb həbs etdilər.

Hitlerin əmri ilə bir neçə aydan sonra Mussolinini oğurlamaq mümkün olub: duçe mübarizəni davam etdirmək üçün fürerə lazım idi. İtaliyanın şimalında, almanların nəzarətində qalan rayonlarda İtaliya Sosialist partiyası yaranır, Mussolinini rəhbər elan edirlər. Bu posta baxmayaraq, o, faktiki işdən uzaqlaşıb vaxtının çoxunu memuarlarını yazmağa həsr edir.

Keçəl şeytan; O, çox gənc məşuqələri və sürətli maşınları sevirdi

1945-ci il aprel ayının axırında sevgilisi Klara Petaççi və bir neçə tərəfdarı ilə İsveçrəyə qaçmağa cəhd edib. Onlar bu ölkədə gizlənmək istəyən almanların kiçik dəstəsinə qoşulur. Alman zabiti formasını geyinən Mussolinini İtaliya partizanları tanıyırlar. Onu Belmonte villasına gətirib, hasarın yanında güllələmək qərarı verilib. Klara Petaççiyə kənara çəkilmək təklif olunub, ancaq o duçenin əlindən bərk-bərk tutub onu öz bədəni ilə güllədən qorumağa cəhd edib. Nəticədə Klara da Mussolini ilə birlikdə ölüb.

Bundan sonra cəsədini Loreto meydanındakı yanacaqdoldurma məntəqəsində başıaşağı asırlar. Bir müddət sonra meyit su arxına atılıb, sonradan hər ikisini adsız qəbirdə dəfn ediblər. Ardınca rəhbərin tərəfdarları onun cəsədini vətəninə gətirib, ailə qəbiristanlığında basdırıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}