21:36 / 26-04-2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - Fotolar
20:58 / 26-04-2024
İlham Əliyevlə Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
20:46 / 26-04-2024
Azərbaycan və Almaniya prezidentləri görüşüb - (Yenilənib) - Fotolar
19:35 / 26-04-2024
43 pişiyi ac-susuz saxlayan şəxsi həbs ediblər
19:06 / 26-04-2024
Rusların hücum etmək istədiyi iki xəstəxana təcili boşaldılır
18:43 / 26-04-2024
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndi və Şuşaya səfər ediblər - (Yenilənib) - Foto
18:41 / 26-04-2024
İsveç Latviyaya qoşun və zirehli texnika göndərir
18:36 / 26-04-2024
Blinken Pekində Çini hədələyib
18:20 / 26-04-2024
20-yə yaxın məhbus həbsxanadan qaçmağa cəhd edib - Foto
18:15 / 26-04-2024
Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatlar dəqiqləşdirilir
18:08 / 26-04-2024
Erməni deputatlar saxlanılıb
17:58 / 26-04-2024
Ermənistan XİN: "Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq"
17:39 / 26-04-2024
"Beşiktaş" daha bir futbolçu ilə müqaviləni yeniləyib
17:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
17:23 / 26-04-2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
17:15 / 26-04-2024
Quba-Xaçmaz Regional filialına müdir təyinatı olub
16:58 / 26-04-2024
“Krokus”dakı terror aktına görə daha bir şübhəli saxlanılıb
16:56 / 26-04-2024
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - Foto
16:11 / 26-04-2024
Azərbaycanda partiya rəhbəri həbs edilib
16:05 / 26-04-2024
Əli Əsədov daha bir qərar imzalayıb
15:52 / 26-04-2024
Qəzzada daha 51 dinc sakin həlak olub
15:46 / 26-04-2024
Avtomobil şirkəti daha bir yeniliyə imza atıb - Fotolar
15:33 / 26-04-2024
Keçmiş rektor son söz üçün məhkəmədən yenə vaxt istəyib
15:14 / 26-04-2024
Azərbaycan prezidenti Almaniya kansleri ilə görüşüb - (Yenilənib) - Fotolar
14:06 / 26-04-2024
Rusiyanın yeni silahı ABŞ-a məxsus peykləri vura biləcək
13:54 / 26-04-2024
"Qarabağ" klubu cərimələnib
13:28 / 26-04-2024
Naxçıvan Nazirlər Kabinetinə Aparat rəhbəri təyin edilib
13:21 / 26-04-2024
Tehran-Tel-Əviv qarşıdurmasının növbəti dayanacağı haradadır?
13:07 / 26-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı gedib - (Yenilənib)
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
14:10 / 23-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
16:58 / 23-04-2024
İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumda iştirak edir - (Yenilənib)
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
00:05 / 23-04-2024
Abramoviç yeni futbol klubunu Avropanın ən yaxşısı edəcək
00:02 / 23-04-2024
Məşhur boksçu Mayk Tayson şirkətin səfiri olub
17:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
00:45 / 22-04-2024
Türkiyədə yenə zəlzələ olub
Özünü padşah kimi aparan icra başçılarının cəzası ağır olacaq
Tarix: 07-10-2018 14:22 | Bölmə: Slayd
Prezident İlham Əliyev dünən Beyləqan rayonunun icra başçısı Vaqif Abdullayevi vəzifədən azad edib.
Reyting.az-ın məlumatına görə, dövlət başçısının bu qərarı rəhbərlik etdikləri rayonda özlərini padşah kimi aparan digər icra başçılarının da “vurulacağına” işarədir.
İddialara görə, hazırda Prezident Administrasiyasına daha çox şikayət daxil olan rayonların icra başçıları ilə bağlı araşdırma aparılır. Bunların sırasında Şəmkirin, Qazaxın, Zərdabın, Yardımlının, Bərdənin, Yevlaxın, Ağsu rayonunun, İsmayıllının, Tərtərin, Sabirabadın, Hacıqabulun, İmişlinin, Kürdəmirin, Lənkəranın, Lerikin, Neftçalanın, Şamaxının, Qəbələ ilə bərabər, Bakının da bir neçə rayonlarının icra başçılarının adları var.
Məlumatda bildirilir ki, adları çəkilən bu icra başçılarının hər biri haqda çoxsaylı şikayətlər edilir. Lakin bir çox səbəblərə görə, onlar hələlik vəzifələrinin başındadır: “Amma onların nazı ilə çox oynamayacaqlar. Gəncənin icra başçısı Elmar Vəliyevin başına gələn hadisədən sonra hakimiyyət istər-istəməz hədsiz narazılıq doğuran icra başçılarına nəzarəti daha da artırıb. Məlum hadisədən sonra ölkə başçısı ayrı-ayrı məmurların himayəsində olan rayon rəhbərləri haqda şəxsən maraqlanmağa başlayıb. Bu da onların himayədarlarına öz kadrlarından daxil olan şikayət və özbaşınalıqları daha əvvəlki kimi malalamağa imkan vermir. Üstəlik, Elmar Vəliyevdən sonra icra başçılarının xüsusi nəzarətə alınması ölkə başçısına bir çox məsələləri daha dərindən öyrənməyə imkan verir. Elmar Vəliyevin, ardınca Beyləqanın icra başçısı Vaqif Abdullayevin vəzifələrindən kənarlaşdırılması da, belə düşünməyə əsasə verir. Bu, həm də o qənaəti gücləndirir ki, artıq barəsində çoxsaylı şikayətlər olan və özbaşınalıqlarından vaz keçə bilməyən icra başçıları mərhələlərlə “yola salınacaqlar”. Gözlənilir ki, ilk addım yuxarıda adını çəkdiyim icra başçılarının simasında atılacaq”.
Bildirilir ki, hazırda 40-a yaxın icra başçısının fəaliyyəti ölkə rəhbərliyini qane etmir. Böyük ehtimalla onların bəziləri işdən azad ounmaqla yaxalarını qurtara bilməyəcəklər.
Qeyd olunur ki, əyalət rayonları ilə yanaşı, Bakının da bir neçə icra başçısının dəyişdirilməsi gündəmdədir: “Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı səlahiyyətlərini icra etməyə başlayandan paytaxtda ciddi dəyişikliklər baş verir. Hiss olunur ki, artıq Bakıya daxil olan rayonların icra başçıları əvvəlki kimi qanunsuzluqlara gedə, özünü hakimi-mütləq kimi apara bilmirlər. Bir sözlə, Abutalıbovun dövründəki kimi sərbəst deyillər. Əksinə, hansı icra başçısının kimin çətiri altında olmasına baxmayaraq, Eldar Əzizovun Bakıda qanunsuz tikililərlə qarşı başlatdığı kampaniya onları daha çox narahat edir. Üstəlik, Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətində apardığı kadr dəyişiklikləri, yeni komissiya yaradıb, rayon icra başçıları ilə yanaşı, BŞİH-nin bəzi idarə, departament rəhbərlərinin “əl-qolu”nu yığması, bəzilərinin isə fəaliyyətini prokurorluğun iştirakı ilə yoxlatdırması Bakının 13 rayonunun hər bir icra başçısı üçün narahatlıq doğurur. Hesab edirəm ki, Eldar Əzizov bu sınaq müddətini bitirər-bitirməz Bakının rayonlarında da icra başçısı dəyişikliklərinə start veriləcək”.
E. Əzizov hazırda Bakının hansı rayonunda nə kimi problemlərin olması, onların səbəbləri ilə yanaşı, rayon rəhbərlərinin də fəaliyyətini həm açıq, həm də gizli təftiş etdirir: “Şübhəsiz ki, Bakının bir çox problemlərinin baiskarı rayon icra başçılarının acgözlüyü, əraziləri “hərraca” çıxarmaları, plansız tikintilərə geniş imkanlar yaratmalarıdır. Əminəm ki, Eldar Əzizov qısa zamanda bu istiqamətdə çox böyük və ciddi məlumatlara sahiblənib. Böyük ehtimalla o, bu məlumatları ölkə başçısına məruzə edir. Bu isə həmin icra başçılarına problem yaradacaq”.
İddia olunur ki, Bakıda ən çox qanunsuz tikinti işləri Nərimanov, Binəqədi, Yasamal və Sabunçu rayonlarında aparılıb. Bu rayonlardan hələlik Binəqədi ilə Yasamalın icra başçıları işdən çıxarılıb. Lakin başları şəxsi bizneslərindən ayılmayan Sabunçunun icra başçısı Adil Vəliyevlə Nərimanovun başçısı Abdin Fərzəliyev hələ də iş başındadır: “Düzdür, Adil Vəliyevlə Abdin Fərzəliyev son aylar əvvəlki kimi özbaşınalıq edə bilmirlər. Sanki gözlənilən təhlükəni bilir və bundan yayınmaq istəyirlər. Onların tikinti ilə bağlı qanunsuz qoçu dəstələri də artıq bir-iki aydır gözə dəymir. Çünki həm bu rayonlarda boş torpaq sahələri qalmayıb, həm də bahalaşma və tikinti ilə bağlı bəzi qanunların qəbulu bu iki icra başçısının əl-qolunu bağlayıb. Amma əsas məqam odur ki, bu iki icra başçısı rayon ərazisində boş torpaq sahəsi qoymayıb. Onları ya ayrı-ayrı fərdi obyekt və ev sahiblərinə satıblar, ya öz yaxınlarının adlarına keçirərək, yerində möhtəşəm biznes obyektləri tikdiriblər, ya da “tikinti mafiyası” ilə sövdələşərək, onlara “sosial mənzil” layihəsi adı ilə “peşkəş” (yəni öz paylarını əvvəlcədən almaqla) ediblər. Elə bu barədə tanınmış hüquqşünas Adəm Məmmədov da bir neçə gün əvvəl sosial şəbəkədə açıqlama verib. O, Abdin Fərzəliyevi Nərimanovun ərazisini talamaqda ittiham edib”.
Məlumatlı şəxs həm Abdin Fərzəliyev, həm də Adil Vəliyevin Bakıda sahib olduqları daşınar və daşınmaz obyektləri haqqında da məlumat verib: “Bunların arasında şadlıq evləri, restoranlar, marketlər, salonlar, icarəyə verilən ofislər, bahalı maşınlar və s. kimi böyük pullar gətirən nələr yoxdur ki? Düzdür, bu obyektlər təkcə Sabunçu və ya Nərimanov rayonlarının ərazilərində deyil. Səbaildən tutmuş digər rayonlara qədər bu iki icra başçısının hər birinin dəyəri milyonlarla ölçülən daşınmaz əmlakları var”.
Bu iki icra başçısı ilə bağlı redaksiyamıza təqdim olunan digər faktları araşdıracağıq.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 18:36
Blinken Pekində Çini hədələyib
25-04-2024, 20:26
İran-İsrail qarşıdurması: ilk raund daha təhlükəli mərhələyə keçə bilər
25-04-2024, 19:45
Dünyada 282 milyon insan acdır - BMT
25-04-2024, 19:17
Rusiya Polşada yaradılacaq nüvə obyektlərinə hücum edəcək
25-04-2024, 18:09
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
25-04-2024, 17:46
Dünyada iqlim böhranı başlayır
25-04-2024, 17:08
İlham Əliyevlə Qırğızıstan prezidenti Füzuli və Ağdamda olublar - (Yenilənib) - Fotolar
25-04-2024, 14:43
Malıbəylidə kütləvi məzarlıq aşkarlanıb - Fotolar
25-04-2024, 11:59
Naxçıvanın baş naziri vəzifədən azad olunub - Təyinat
24-04-2024, 19:29
İran qoşunları Suriyanı tərk edir
24-04-2024, 16:56
Rus ordusu daha bir yaşayış məntəqəsini ələ keçirib
24-04-2024, 16:30
Avropa qeyri-adi vəziyyətlə üzləşib
24-04-2024, 13:21
Azərbaycanda Rusiya əleyhinə ikinci cəbhə olmayacaq
24-04-2024, 09:07
Ukraynanın şərqinə genişmiqyaslı hücum gözlənilir
23-04-2024, 14:10
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
23-04-2024, 11:59
İran və İsrailin bir-birinə mesajı... - Kölgə müharibəsinin yeni mərhələsi başlayıb
23-04-2024, 00:11
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
22-04-2024, 18:36
Zərərli isti dalğası güclənir
22-04-2024, 17:38
ABŞ-nın yardımı Ukraynanı xilas edəcəkmi?
22-04-2024, 14:04
Xəbərdarlıq: nüvə müharibəsi təhlükəsi sovuşmayıb
22-04-2024, 12:00
Bakı və İrəvan arasında ilk: özləri razılaşıblar
22-04-2024, 11:54
Nazirlikdə 143 milyon manatlıq mənimsəmə: "Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik"
22-04-2024, 09:25
Rusiya ordusuna daha 300 min nəfər cəlb olunub
20-04-2024, 10:37
Rusiyalı ekspert: Cənubi Qafqazın Rusiya üçün əhəmiyyəti böyükdür
20-04-2024, 09:12
BMT Baş katibi Azərbaycan və Ermənistana çağırış edib
20-04-2024, 09:06
Blinken 4 kəndin qaytarılması ilə bağlı razılaşmanı alqışlayır
19-04-2024, 20:29
Qəzza müharibəsi qloballaşır
19-04-2024, 17:18
Mustafayevlə Qriqoryan sərhəddə görüşüb - 4 kənd Azərbaycana qaytarılır
19-04-2024, 15:47
Tovuzda 22 yaşlı oğlan 34 yaşlı qadının üzərinə benzin tökərək yandırıb
19-04-2024, 09:19
Bu gün səhərə yaxın İsrail İrana zərbələr endirib
18-04-2024, 14:20
QHT-lər Nobel Komitəsinə məktub göndərib
18-04-2024, 12:24
İsrail İrana zərbəni niyə ləngidir?
18-04-2024, 11:51
46 mindən çox şagird buraxılış imtahanı verəcək