Müəllimlərin müqavilə ilə işə qəbulunun növbəti mərhələsi başlayır
Tarix: 12-10-2018 17:34 | Bölmə: Slayd
Müəllimlərin müqavilə ilə işə qəbulunun növbəti mərhələsi başlayır

Oktyabrın 13-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulunun dördüncü turu üzrə elektron sənəd qəbulu başlayır.

Reyting.az-a Təhsil Nazirliyindən verilən məlumata görə, bu turda müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə əvvəlki turlarda uğur qazanmayan, müəllimlərin işə qəbulu üzrə builki və ötənilki müsabiqədə iştrak edənlər qatıla bilərlər.

Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazananlar ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədilə sözügedən prosesdə iştirak edə bilər.

Bakı şəhərinin ümumi təhsil müəssisələrinə ibtidai sinif müəllimlərinin müddətli müqavilə ilə işə qəbulu əvvəlki turlarda olduğu kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun bu turu üzrə elektron sənəd qəbulu oktyabrın 14-dək davam edəcək.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}