Azərbaycan-Fransa diplomatik əlaqələrinin kəsilməsi tələb olunur
Tarix: 25-10-2018 14:51 | Bölmə: Slayd
Azərbaycan-Fransa diplomatik əlaqələrinin kəsilməsi tələb olunur

Qarabağ Azadlıq Təşkilatı (QAT) son ay ərzində Fransa, ABŞ, Kanada, İtaliya və digər ölkələrdən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə müxtəlif adlar altında səfərlərin kütləvi hal almasını qətiyyətlə pisləyir.

QAT-dan Reyting.az-a verilən məlumata görə, həkimlər, elm adamları, yazıçılar və digər peşə sahibləri xeyriyyəçilik adı altında həmin ərazilərə qanunsuz səfərlər edir, qondarma rejimin rəhbərləri ilə görüşürlər: “Bu qeyri-qanuni səfərlərdə Fransa xüsusi fəallıq göstərir, ayrı-ayrı şəhərlərin rəhbərləri bölgəyə gəlir, “qardaşlaşma” kampaniyaları aparırlar”.

QAT hesab edirik ki, bu hərəkətlər işğalçı Ermənistana dəstək və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma, separatçı rejimin təbliğ edilməsi məqsədini güdür: “Bu ölkələr bu hərəkətləri ilə beynəlxalq hüquq normalarını, Azərbaycanın qanunlarını kobud şəkildə pozurlar. Hesab edirik ki, bu addımlar təsadüfi deyil, erməni mərkəzləri tərəfindən hazırlanaraq həyata keçirilir, Azərbaycana qarşı ciddi təxribatların hazırlanmasından xəbər verir. Biz Azərbaycan hakimiyyətindən bu məsələyə ciddi yanaşmasını, sərt mövqe tutmasını, bu ölkələrlə, xüsusilə də Fransa ilə münasibətlərə yenidən baxmasını, hətta diplomatik əlaqələrin kəsilməsini tələb edirik”.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}