Trampın şirkətindən Putin üçün 50 milyon dollarlıq hədiyyə
Tarix: 07-12-2018 10:22 | Bölmə: Slayd
Trampın şirkətindən Putin üçün 50 milyon dollarlıq hədiyyə

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın indiki prezidenti Donald Trampın şirkətinə məxsus Moskvadakı elit göydələnlərin birində dəbdəbəli apartamenti pulsuz ala bilərdi.

Reyting.az bildirir ki, “BuzzFeed” nəşrinin ABŞ-ın hüquq-mühafizə orqanlarındakı öz mənbələrinə istinadən yazdığına görə, bu imkanı Kremlin mətbuat katibi Dmitri Peskovla Trampın 2016-cı ildə prezident kampaniyası zamanı onun keçmiş vəkili Maykl Koen müzakirə edib.

Guya o bəyan edib ki, The Trump Organization Putinə Trump Towerdə ən bahalı mənzil – dəyəri 50 milyon dollar olan penthaus hədiyyə etməyə hazırdır.

Bundan əlavə, Koenanın biznes-tərəfdaşı Feliks Saterin sözlərinə görə, beləliklə onlar Rusiya oliqarxlarını tikinti layihəsində iştirak etməyə məcbur etmək istəyirdilər.

“Mənim vəzifəm ondan ibarət idi ki, Putinə dəyəri 50 milyon dollar olan penthaus hədiyyə etməklə digər obyektlər üçün qiyməti 250 milyon dollardan yuxarı müəyyənləşdirmək olub”, - Sater söyləyib.

Jurnalistlər qeyd edirlər ki, Trampın bu təklifdən xəbərinin olub-olmadığı məlum deyil.

Koen, Trampın nümayəndələri, eləcə də Peskov bu informasiyanı şərh etmək istəməyiblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}