ABŞ Türkiyəyə kiber hücumlar edib – Nazir
Tarix: 08-01-2017 14:08 | Bölmə: Slayd

Türkiyənin energetika naziri Berat Albayrak ABŞ-ı kiber hücumda ittiham edib.

"Turkish Minute"nin məlumatına görə, nazir bildirib ki, İstanbulda elektrik enerjisinin kəsilməsi bununla bağlı imiş.

"Dünən biz ABŞ-da hazırlanan intensiv kiber hücumla rastlaşdıq. Energetika Nazirliyinin müxtəlif bölmələri belə hücumlara müntəzəm məruz qalır, ancaq biz onları dəf etdik",- deyə nazir bildirib.

Xatırladaq ki, ötən həftə İstanbulda və onun ətrafında elektrik enerjisinin kütləvi kəsilmələri baş verib. Albayrak bildirib ki, problem həll edilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}