İlham Əliyevin Belçika kralı ilə təkbətək görüşü olub
Tarix: 06-02-2017 17:46 | Bölmə: Slayd

Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin və Belçika kralı Filipin təkbətək görüşü olub.

Görüşdə Azərbaycanla Belçika Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Dövlət başçısının bu səfərinin həm Azərbaycan-Belçika ikitərəfli münasibətlərinin genişlənməsi, həm də ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcəyinə əminlik bildirilib.

Prezident İlham Əliyev Belçika şirkətlərini Azərbaycanın iqtisadiyyatının inkişafında iştiraka dəvət edib.

Söhbət zamanı ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu vurğulanıb, regional, iqtisadi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.(APA)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}