Nazir icra başçısının qohumunu direktor təyin edib
Tarix: 06-04-2017 15:53 | Bölmə: Slayd


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov daha bir kadr dəyişikliyi edib.

Reyting.az mia.az-a istinadla xəbər verir ki, S.Müslümov Sumqayıt Şəhər Məşğulluq Mərkəzinə yeni direktor təyin edib.

Nazirin əmri ilə ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinin Gəlirlər sektortunda məsləhətçi vəzifəsində çalışan Elxan Bədəlov Məşğulluq Mərkəzinin direktoru təyin edilib.

E.Bədəlov bu gün kollektivə təqdim olunub.

E.Bədəlovun Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun qohumu olduğu bildirilir.

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}