23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
İlham Əliyev gənc istedadlıları təltif edib - Siyahı
Tarix: 21-06-2017 17:41 | Bölmə: Slayd


Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

Reyting.az-ın məlumatına görə, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na yazılıb və onlar xüsusi aylıq təqaüdə layiq görülüb:

Abdullayev Toğrul Namiq oğlu – Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Əlizadə Mirəli Hüseyn oğlu – Bakı şəhər Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

İbrahimova Lalə Azər qızı – Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi

Məhəmmədəlizadə Behnam Məhta Səid qızı – Bakı şəhər Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Məmmədov Atilla Yasin oğlu – Bakı şəhər Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi

Orucov Nihad Vüqar oğlu – Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi

Sədizadə Cəmil Əliağa oğlu – Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Talıblı Kamran Həsən oğlu – Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Yusifzadə Cavid Azər oğlu – Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}