Rüsumlarla bağlı dəyişiklik edilib – Qaydalar
Tarix: 08-07-2017 15:29 | Bölmə: Slayd


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Kollegiyası "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin öz xəzinə hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

Dəyişikliyə əsasən, bundan sonra xidmətləri və hüquqi hərəkətləri təşkil edən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin öz xəzinə hesabına dövlət rüsumlarından daxil olan vəsait yalnız Dövlət Agentliyinin və "ASAN xidmət” mərkəzlərində (o cümlədən səyyar xidmətdə) fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə edilməyəcək.

"ASAN xidmət” mərkəzlərində xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 50 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərti ilə) aşağıdakı kimi bölüşdürüləcək:

- 5 faiz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hesabına köçürüləcək;

- 45 faiz Dövlət Agentliyinin və "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə Dövlət Agentliyinin hesabına köçürüləcək.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}