Təhsil Nazirliyi: “İmtahanlarda yuxarı bal toplayanların sayı artıb”
Tarix: 07-09-2017 13:29 | Bölmə: Slayd
Təhsil Nazirliyi: “İmtahanlarda yuxarı bal toplayanların sayı artıb”

2017-2018-ci tədris ilində tələbə qəbulu zamanı müsabiqə şərtlərini ödəyən abituriyentlərin (200 baldan artıq bal toplayanlar) sayında 11.3 faiz artım qeydə alınıb.

Reyting.az-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev APA-ya açıqlamasında deyib.

Y.Piriyevin sözlərinə görə, son dörd ildə ali təhsil müəssisələri tərəfindən qəbul yerlərinin proqnoz rəqəminin təqribən 14.6 faizə qədər artmasına, ərizə verənlərin sayının isə 15 faizə qədər azalmasına baxmayaraq, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı 35790 nəfər (50.6) faiz təşkil edib. Bu da ötən illə müqayisədə 6.7 faiz, 2015-ci ildəki göstəricidən 10.6 faiz, 2014-cü ildəki göstəricidən 11.3 faiz artıqdır.

Təhsil Nazirliyi: “İmtahanlarda yuxarı bal toplayanların sayı artıb”

Y.Piriyev qeyd edib ki, 2017-2018-ci tədris ilində tələbə statusunu 37624 abituriyent qazanıb və 2014-2015-ci ilə nisbətən faktiki qəbul 11.6 faiz artıb: “Bununla yanaşı, keyfiyyət göstəricisində də artım müşahidə olunur. Son 4 ildə 300 baldan çox toplayanların 15.8 faizi, 400 baldan çox toplayanların sayı 18.8 faiz, 500 baldan çox toplayanların sayı 27.6 faiz, 600 baldan çox toplayanların sayı isə 43.3 faiz artıb. Bu isə ali təhsil müəssisələrinə qəbul olunanların orta bal göstəricisinin artmasına gətirib”.

Y.Piriyev deyib ki, müsbət dinamika bütün ixtisas qrupları üzrə də müşahidə olunur: “I qrup üzrə 200-dən artıq bal toplayanların sayı ötən illə müqayisədə 6.6 faiz, II qrup üzrə 4.6 faiz, III qrup üzrə isə 7.8 faiz, IV qrup üzrə 10.9 faiz təşkil edib. Bu il qəbul imtahanlarında 2464 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Bu tədris ilində 15 nəfər abituriyent 700 bal toplayıb”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}