Eldar Mahmudov yenidən istintaqa çağrılıb
Tarix: 10-11-2017 12:06 | Bölmə: Slayd
Eldar Mahmudov yenidən istintaqa çağrılıb

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ifadəsi alınmaq üçün yenidən istintaqa çağırılıb.

Reyting.az-ın xəbərinə görə, hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, E.Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə ifadə verəcək.

Baş Prokurorluğun mətbuat xidmətinin rəbəri Eldar Sultanov E.Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yenidən ifadə verəcəyi barədə məlumatı təsdiqləyib.

E.Mahmudov bir neçə gün əvvəl də istintaqa ifadə verib.

Xatırladaq ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq həm də eks-nazirin köməkçisi olmuş, polkovnik-leytenant Vüqar Mahmudov MTN-nin vəzifəli şəxsləri barəsində açılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Noyabrın 4-də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov həmin iş üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq, ilk dəfə ifadəsi alınıb.

Qeyd edək ki, Vüqar Mahmudov həm də Eldar Mahmudovun əmisi oğludur.




Bölməyə aid digər xəbərlər