Hacıbala Abutalıbovun oğlu 20 milyon dollara hotel alıb
Tarix: 07-02-2018 15:46 | Bölmə: Slayd
Hacıbala Abutalıbovun oğlu 20 milyon dollara hotel alıb

Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov (Yeni adı Abu Bəkr-red.) İstanbulun Sultanahmet məhəlləsində dəyəri 20 milyon dollara olan hotel alıb.

Məlumata görə, Türkiyədə vətəndaşlıq alaraq, adını Abu Bəkr kimi yazdıran icra başçısının oğlu aldığı otelin yenilənməsi üçün daha bir neçə milyon xərcləyib.

"Ajwa” adı ilə fəaliyyət göstərən oteldə Azərbaycan mətbəxini təklif edən ayrıca restoranın da fəaliyyət göstərdiyi bildirilir.

Araşdırmalar zamanı Abutalıbovun Türkiyədə biznesini genişləndirməsi ilə bağlı daha maraqlı məlumatlar üzə çıxıb.

Belə ki, turizmgaztesi.com-un yazdığına görə, Əbu Bəkr Talıbov "Ajwa” markası ilə ikinci otelini də Kapadokyada açacaq. (gununsesi.info)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}