Prezident seçkiləri: Çoxsaylı namizədlə yanaşı boykot qərarı verənlər də var - Siyahı
Tarix: 17-02-2018 17:05 | Bölmə: Slayd
Prezident seçkiləri: Çoxsaylı namizədlə yanaşı boykot qərarı verənlər də var

Bu gün Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) daha yeddi nəfərin prezident seçkilərində namizədliyinin təsdiq edilməsi məsələsini müzakirə edib.

Reyting.az xəbər verir ki, növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsi MSK tərəfindən təsdiqlənən şəxslər hələ ki bunlardır:

1) Azərbaycan prezidenti İlham Əliyev - prezidentliyə namizədiliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;

2) Milli Məclisin deputatı Qüdrət Həsənquliyev - prezidentliyə namizədiliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;

3) Milli Məclisin deputatı Zahid Oruc - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

4) Milli Məclisin deputatı Fərəc Quliyev - prezidentliyə namizədiliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb;

5) Milli Məclisin deputatı Araz Əlizadə - prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb;

6) Asif Məmmədov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

7) Razi Nurullayev - prezidentliyə namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülüb;

8) Elşən Həsənov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

9) Hafiz Hacıyev - prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülüb;

10) Fuad Əliyev - prezidentliyə namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb;

11) Tural Abbaslı - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

12) Anar Umudov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb.

MSK sədri Məzahir Pənahov iclasda deyib ki, aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliklərin irəli sürülmə prosesi davam edir.

Onu da qeyd edək ki, prezidentliyə namizədliyini irəli sürənlərlə yanaşı, seçkini boykot edənlər də var. Artıq Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi Klassik Xalq Cəbhəsi Partiyası da seçkilərdə iştirak etməmək qərarı verib.

Partiya sədrinin müavini Xəzər Teyyublu deyib ki, partiyanın Ali Məclisi prezident seçkisində iştirakdan imtina edərək boykot qərarına imza atıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}