İsa Qəmbər Türkiyədə həkim nəzarətinə götürülür
Tarix: 28-02-2018 09:27 | Bölmə: Slayd
İsa Qəmbər Türkiyədə həkim nəzarətinə götürülür

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müayinə olunmaq üçün Türkiyəyə gedib.

Məlumata görə, İsa Qəmbəri Müsavat Partiyasının başqanı Arif Hacılı və Mərkəzi Klinik Xəstəxananın həkimi müşayiət edir.
İ.Qəmbər Ankaradakı xəstəxanaların birində müayinə olunacaq.

Reyting.az-ın xəbərinə görə, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı APA-ya bildirib ki, İ. Qəmbərin Türkiyənin paytaxtı Ankara şəhərinə yola düşməsinə səbəb daha dərindən müayinə və müalicə almaqdır.

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub.

İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinikaya yerləşdirilib. Xəstəxanadan bildirilib ki, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil, o, ümumi stasionar şöbəyə yerləşdirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}